Prezident İlham Əliyev: “Cocuq Mərcanlı qəsəbəsi dirçəliş rəmzimizə çevrilib”

“Bəzi hallarda bizi tənqid edirdilər ki, ordu quruculuğu ilə bağlı niyə bu qədər vəsait xərcləyirsiniz. Ancaq həyat göstərdi ki, biz düzgün siyasət aparmışıq”.

Bunu bu gün prezident İlham Əliyev Milli Məclisdə andiçmə mərasimində söyləyib.  

 
Dövlət başçısı deyib ki, bu gün Azərbaycan ordusu təchizat, silah-sursat, texnika, döyüş qabiliyyəti baxımından dünya miqyasında güclü ordular sırasındadır: “Ordumuz üçün nə lazımdırsa, onu da biz təmin edirik. Ən müasir silahlar alınır və bundan sonra da alınacaq. Ordumuzun gücünü düşmən də gördü. Aprel döyüşləri bizim şanlı tariximizdir, bizim böyük qələbəmizdir. Azərbaycan ordusu Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının torpaqlarının bir hissəsini işğalçılardan azad etdi. Biz minlərlə hektar torpağa nəzarət edirik, bu torpaqlara həyat qayıdır. Bu torpaqlarda Azərbaycan bayrağı dalğalanır, insanlar qayıdır. Bu torpaqlarda yeni qəsəbə salınıb. Bizim hərbi qələbəmiz Azərbaycan xalqının gücünü, yenilməz ruhunu göstərir. Bu onu göstərir ki, Azərbaycan xalqı heç vaxt bu işğalla barışmayacaq, öz torpaqlarımızı azad edəcəyik. Buna nail olmaq üçün daha da güclü olmalıyıq və olacağıq”.  
 
Prezident İlham Əliyev bildirib ki, Cocuq Mərcanlı qəsəbəsi dirçəliş rəmzimizə çevrilib: “Cocuq Mərcanlıya qayıdan həyat hər bir Azərbaycan vətəndaşını ürəkdən sevindirir, ruhlandırır”.

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında