BMT-yə üzv dövlətlərin nümayəndəliklərinə Xocalı qətliamı ilə bağlı məktub göndərilmişdir

Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyindən bildirmişlər ki, ölkəmizin BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev Xocalı qətliamı ilə bağlı BMT-nin baş katibinə məktub ünvanlamışdır. Məktub BMT-yə üzv dövlətlərin nümayəndəliklərinə də göndərilmişdir.
Məktubda vurğulanır: "Keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının iştirakı ilə erməni silahlı birləşmələri tərəfindən törədilmiş bu qətliam onu göstərir ki, ən ağır beynəlxalq cinayətlərə görə cəzasızlığa son qoyulması təkcə fərdi cinayət məsuliyyəti baxımından deyil, həm də sülh, ədalət, barışıq və zərərçəkmişlərin hüquqları baxımından çox vacibdir".
A.Mehdiyev qeyd etmişdir ki, hərbi cinayətlər, insanlığa qarşı cinayətlər və soyqırımı kimi dəhşətli beynəlxalq cinayətlər Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü nəticəsində törədilmişdir. Şəhərin işğal olunması nəticəsində yüzlərlə azərbaycanlı, o cümlədən qadınlar, uşaqlar və yaşlı insanlar öldürülmüş, minlərlə dinc sakin yaralanmış və girov götürülmüş, bir çoxu itkin düşmüş, şəhər isə yerlə-yeksan olmuşdur.
Məktubda bildirilir ki, Xocalıda ağlasığmaz vəhşiliklər törədilmişdir. Hamilə qadınların başları kəsilərək süngüdən keçirilmiş, cəsədlər isə tanınmaz hala salınmışdır. Bu faktlar onu sübut edir ki, Xocalı sakinlərinə qarşı törədilmiş qırğının məqsədi onları azərbaycanlı olduqları üçün məhv etmək idi. Xocalı sonrakı təcavüz, işğal və etnik təmizləmə üçün meydan kimi seçilmişdi.
Ermənistan rəsmiləri azərbaycanlılara qarşı törədilmiş vəhşilikləri millətin və ölkənin müasir tarixə yolunu açan şanlı qələbə kimi qələmə verirlər. Azərbaycan hökuməti dəfələrlə qeyd etmişdir ki, Xocalı soyqırımı və Ermənistanın Azərbaycana təcavüzü nəticəsində törədilmiş digər dəhşətli cinayətlərə görə Ermənistan beynəlxalq hüquq qarşısında məsuliyyət daşımalı və bu cinayətlərin törədilməsində iştirak edənlər, onlarla əlbir olanlar fərdi cinayət məsuliyyətinə cəlb olunmalıdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında