ARAZ ƏLİZADƏ MƏMMƏD MÜBARİZ OĞLU

Namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülmüş Araz Əlizadənin ödənişsiz əsaslarla dərc edilən seçkiqabağı təşviqat materialı

11 APREL 2018-ci ildə KEÇİRİLƏCƏK SEÇKİLƏRDƏ AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTLİYİNƏ NAMİZƏD

AZƏRBAYCAN SOSİAL DEMOKRAT PARTİYASI

 

Ana Vətən – Azərbaycana sədaqət!

Analara – məhəbbət!

Balalara – qayğı!

Qarabağa – azadlıq!

Orduya – ehtiram!

Azərbaycan xalqına – layiqli həyat!

 

AZƏRBAYCANÇILIQ – VƏTƏNİN VƏ XALQIN NİCATIDIR!

Tərcümeyi-hal

Mən, Araz Əlizadə Məmməd Mübariz oğlu 1951-ci il noyabrın 3-də Bakı şəhərində alim ailəsində doğulmuşam. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirmişəm. SSRİ Neft-Qaz Sənayesi Nazirliyinin xətti ilə 1975-1976-cı illərdə Əfqanıstanda tərcüməçi işləmişəm. 1979-cu ildən Ukrayna SSR-in paytaxtında Ukrayna Elmlər Akademiyası Ta­rix İnstitutunda kiçik elmi işçi işləmiş, eləcə də Kiyev Xarici Dillər Pedaqoji İnstitutunda dərs demişəm.

1987-ci ildə Bakıya qayıtmışam. 1988-ci il may ayının 16-da və 18-də Qarabağın müdafiəsi üçün Bakı şəhərində keçirilən ilk kütləvi mitinqlərin təşkilatçılarından biri olmuşam. 1991-ci ildə Azərbaycan Respublikası Müdafiə Şurasının üzvü olmuşam. Müdafiə Şurasında vəzifəm IV ordunun Azərbaycan Respublikasının tabeliyinə keçməsinə nail olmaq idi. 1991-ci il dekabrın 29-da SSRİ aviasiya marşalı, müdafiə naziri Y.Şapoşnikovla IV ordunun Azərbaycanın tabeliyinə keçməsi haqqında müqavilə imzalandıq­dan sonra, Azərbaycan Respublikası Müdafiə Şurasının üzvlüyündən istefa vermişəm.

1991-1995-ci illərdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı olmuşam.

1989-cu ildən Azərbaycan Sosial Demokrat Partiyasının sədri, 1995-2012-ci illərdə ASDP-nin həmsədri, 2012-ci il iyun ayının 30-da keçirilmiş partiyanın XII qurultayında ASDP-də həmsədr institutu ləğv ediləndən və sədr institutu bərpa ediləndən sonra partiyanın sədriyəm.

2017-ci ildə keçirilmiş ASDP-nin növbəti qurultayında partiyanın sədri seçilmişəm.

Azərbaycan Sosial Demokrat Partiyasını təmsil edərək 1991-ci ildə Sosi­alist İnternasionalının Konqresində (İstanbul) ilk dəfə iştirak etmişəm. ASDP Sosialist İnternasionalında əvvəl absorver, sonra assosiativ və konsaltinq (2003-cü ildən) üzvü olmuş, 2016-cı ildən isə bu nüfuzlu təşkilatın tamhüquq­lu üzvüdür.

2013-cü ildə keçirilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərində prezidentliyə namizəd olmuşam.

2015-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişəm.

Ailəliyəm. İki oğlum, iki nəvəm var.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında