Türkiyənin millət vəkili Necdet Ünüvar: Prezident seçkiləri Türkiyə üçün də önəmli hadisədir

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, AKP-dən olan  deputat  Necdet Ünüvar “Xalq qəzeti”nin suallarını cavablandırıb.

--Azərbaycanda keçiriləcək prezdient seçkilərinə hazırlığın səviyyəsini necə qiymətləndirirsiniz?

--Yeddi ildir, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupuna rəhbərlik edirəm. Beş il öncə də Bakıya gələrək 2013-cü ildə keçirilmiş prezident seçkilərini müşahidəçi olaraq izləmişəm. Təbii ki, 11 aprel prezident seçkiləri Azərbaycan üçün çox önəmlidir, eyni zamanda bu seçkilər həm də region, həm də Türkiyə üçün  böyük əhəmiyyət daşıyır.  Mən Azərbaycanın prezident seçkilərindən  uğurla çıxacağına inanıram.

Bu il həm də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümüdür. Bu münasibətlə ölkənizi təbrik edirəm. Həmçinin Azərbaycan dövləti bu il 1991-ci ildə müstəqilliyinin bərpasının 27-ci ildönümünü qeyd edəcək. Son illərdə Azərbaycan iqtisadiyyatda çox irəlilədi, milli gəlirlər  artdı, işsizlik səviyyəsi azaldı. Azərbaycan dünya siyasətində iki dəfə çox məsuliyyətli vəzifəni yerinə yetirdi, belə ki, ölkəniz BMT-nin Təhlükəsizlik Şurasının qeyri- daimi üzvü oldu ki, bu da çox böyük əhəmiyyət daşıyır. Azərbaycanın  Birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları kimi mötəbər tədbirlərə ev sahibliyi etməsi onun dünya siyasətində yeri və rolunu da ortaya qoyur.

--Sizinlə birgə neçə nəfərlik nümayəndə heyəti Bakıya səfər edəcək?

--Parlamentlərarası dostluq qrupunun nümayəndə heyəti olaraq, 5 millət vəkili ilə seçkiləri müşahidə edəcəyik. TürkPA və ATƏT-PA-dan müşahidə missiyasında da millət vəkillərimiz  seçkini müşahidə edəcəklər. Təxminən 10-15 nəfərlik müşhidəçi heyətinin olacağını düşünürəm. Aprelin 9-da  Bakıya səfər edəcəyik.

--Sizcə, 11 aprel prezident seçkilərindən nəyi gözləyirsiniz?

--Düşünürəm ki, bu seçkilərdən sonra Türkiyə və Azərbaycan əlaqələri daha  da güclənəcək.

Bir çox sahədə iki ölkə arasında önəmli addımlar atılır, ticarət həcmimiz artır, ölkələrimiz arasında qarşılıqlı gediş-gəlişlər daha da intensivləşir. Bir-birimizin təcrübə və imkanlarından daha çox faydalanırıq. Bundan məmnunam. İnşallah, 11 aprel prezident seçkilərindən sonrakı dövrdə iki ölkə arasında münasibətlərin daha da inkişaf edəcəyinə  ümidvaram.”

Əfsanə BAYRAMQIZI,
“ Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında