Prezidentin köməkçisi Əli Həsənov: “Anadolu” agentliyi hər zaman Azərbaycan gerçəklərinin duyurulmasına önəm verib

Anadolu agentliyi hər zaman Azərbaycan həqiqətlərinin duyurulmasına önəm verib və bir zamanlar ölkəmizə qarşı tətbiq olunan informasiya embarqosunun götürülməsində böyük töhfələr verib.” Bu sözlər  Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun Türkiyənin “Anadolu” agentliyinin yaranmasının 98-ci ildönümü münasibəti ilə təbrikində  deyilir.

“Anadolu” agentliyi Azərbaycan həqiqətlərinin duyurulmasına hər zaman önəm verdi” adlı məqalədə prezident köməkçisi bildirib ki, Türkiyə cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün silahdaşları tərəfindən çətin bir dövrdə qurulmuş “Anadolu” agentliyi üzərinə götürdüyü missiyanı layiqlə yerinə yetirib, Türk dövlətinin informasiya siyasətini dəstəkləməklə, beynəlxalq ictimaiyyət arasında  informasiya körpüsü yaradıb.

Agentliyin dünyada ən önəmli xəbər mənbələrindən olduğunu bildirən Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov təbrikində bildirib: “ Milyonlarca oxucu hər gün dünyaya “Anadolu” agentliyinin pəncərəsindən baxır. Agentlik Azərbaycan gerçəklərinin çatdırılmasına həmişə önəm verib, bir vaxtlar ölkəmizə qarşı tətbiq edilmiş informasiya embarqosunun götürülməsində böyük töhfələr verib. Bugün 13 dildə xəbər hazırlayan “Anadolu” ilə AzərTAC Dövlət İnformasiya Agentliyi və digər media qurumlarımız arasında  məhsuldar əməkdaşlıq məmnunedicidir. Doğru informasiya siyasəti, zəngin təcrübə və peşəkar kadrlara sahib AA-nın yeni uğurlara imza atacağına və Türkiyənin daha da güclənməsinə dəstək verəcəyinə inancımız tamdır. 98 illiyiniz mübarək olsun".”

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında