ANTİKORRUPSİYA KONSEPSİYASI (Prezidentliyə namizəd Sərdar Calaloğlunun (Məmmədovun) seçki platformasından)

Korrupsiya - milli sərvətlərin qeyri-qanuni yollarla mənimsənilməsinə, cəmiyyətdə cinayətkarlığın çiçəklənməsinə, iqtisadiyyatda və siyasətdə monopoliyanın inkişafına, sosial ədalətin pozulmasına, vətəndaş-dövlət münasibətlərinin pisləşməsinə, vətəndaşların xarici ölkələrə miqrasiyasına, sosial təbəqələşməyə, rəqabət mühitinin korlanmasına, qanuni biznesin və orta təbəqənin aşılanmasına, yoxsulluğun və işsizliyin artmasına, inflyasiyaya, dövlətin beynəlxalq imicinin korlanmasına, xalqda dövlətçilik şüurunun zəifləməsinə, vətəndaş qarşıdurmasına və sonda dövlətin çökməsinə, beynəlxalq səviyyədə qlobal iqtisadi böhranın yaranmasına və dərinləşməsinə səbəb olan siyasi hakimiyyət cinayətidir.

Korrupsiyanın çiçəklənməsinin səbəbləri: Təkpartiyalı siyasi sistem, bir siyasi gücün konstitusion demokratiyaya zidd olaraq uzun müddət hakimiyyətdə olması, dövlət idarəçiliyinin qeyri-şəffaflığı, dövlətdə güclü ictimai, siyasi və rəsmi hakimiyyət qollarının qarşılıqlı nəzarət mexanizmlərinin olmaması, vətəndaş cəmiyyəti institutlarının qeyri-mövcudluğu, gəlirlərə ictimai nəzarətə yol verilməməsi, sağlam demokratik ictimai-siyasi mühitin yaradılmaması, mədəni səviyyənin aşağı olması, əxlaqi nihilizm, milli həmrəyliyin zəifləməsi, vətəndaşlarda dövlətçilik şüurunun aşılanması, cəzasızlıq mühitinin təşəkkülü, milli gəlirin ifrat mərkəzləşdirilməsi, beynəlxalq administrasiyaya tabe olmamaq.

Antikorrupsiya siyasətinin mahiyyəti: Ölkədə korrupsiya mühitinin ləğv edilməsi ilə sağlam siyasi mühitin yaradılması, beynəlxalq iqtisadi təşkilatlara üzvlük, milli sərvətlərin ədalətli paylanması, ölkənin beynəlxalq imicinin yaxşılaşdırılması, vətəndaşlarda dövlətçilik şüurunun gücləndirilməsi, cinayətkarlığın azaldılması, orta təbəqənin qorunması və inkişaf etdirilməsi, milli həmrəyliyə nail olmaq, azad rəqabət mühiti  formalaşdırmaq, sosial ədaləti bərpa etmək, dövlətin möhkəmliyini və sürəkliliyini təmin etmək, beynəlxalq ikitərəfli və çoxtərəfli iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi.

KORRUPSİYAYA QARŞI MÜBARİZƏ:

•     Problemin siyasi həlli:
İqtidardaxili müxalifətin yaradılması, koalision hökümətlərin təşkilinə keçid, təkpartiyalı idarəetmənin qadağan olunması, siyasi hakimiyyətdə qalma müddətinin məhdudlaşdırılması, beynəlxalq iqtisadi qurumlar qarşısında öhdəlik götürməklə milli gəlirin paylanmasına beynəlxalq administrasiyanın nəzarətini təmin etmək, xarici dövlətlərlə qarşılıqlı əməkdaşlıq müqavilələrində həmin dövlətlərlə korrupsiyaya qarşı birgə mübarizə tədbirlərinin zəruri müddəa kimi daxil edilməsi;

•     Problemin iqtisadi həlli: Milli gəlirin mərkəzsizləşdirilməsi, təbii sərvətlərdən xüsusən neftdən və qazdan gələn gəlirlərin dövlət büdcəsinə daxil edilmədən birbaşa ailə büdcələrinə bölünməsi, real əmək haqqı ilə nominal əməkhaqqı arasındakı fərqin minimuma endirilməsi, əməkhaqlarının istehlak zənbilinə uyğunlaşdırılması, xaricə qaçırılmış milli sərvətin geri qaytarılması, azad rəqabət mühitini yaratmaq, bazar iqtisadiyyatına keçidi təmin etmək;

•     Problemin hüquqi həlli: Gəlirlər üzərində dövlət nəzarətinin gücləndirilməsi, deklorasiya tətbiqi, bahalı əşya və əmlakların alınmasına xüsusi dövlət nəzarəti və məhdudlaşdırılması, gəlirlərin başqa adlar altında gizlədilməsinin və xaricə çıxarılmasının qarşısını alan hüquqi normaların hazırlanması, korrupsiyanın beynəlxalq cinayətlər kateqoriyasına daxil edilməsi istiqamətində beynəlxalq hüquq normasının müəyyənləşməsinə təşəbbüs, Azərbaycanda korrupsiyada iştirak etmiş xarici vətəndaşların öz dövlətlərində qanuni təqib olunmasının təmin olunması, korrupsiya yolu ilə mənimsənilmiş milli sərvətin restitusiyası ilə bağlı qanunvericilik aktlarının hazırlanması. Korrupsionerlərə beynəlxalq himayəni qadağan edən hüquq normalarının hazırlanması;

•           Problemin mənəvi həlli: Mədəni səviyyəni yüksəltmək, İslam və milli əxlaqın təbliği, vətəndaşlarda halal-haram, xeyir-şər seçiminin inkişaf etdirilməsi, ictimai tərbiyə institutlarında – məktəbdə, ailədə və məsciddə vətəndaşlarda antikorrupsiya əxlaqının formalaşdırılması.

Namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülmüş Sərdar Calaloğlunun  ödənişsiz əsaslarla dərc edilən seçkiqabağı təşviqat materialı

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında