Azərbaycan ictimaiyyəti seçkilərin azad və şəffaf keçiriləcəyinə tamamilə əmindir

Məlumdur ki, bu il aprelin 11-də ölkəmizdə prezident seçkiləri keçiriləcək. Səsvermə günü yaxınlaşdıqca, ölkə ictimaiyyətinin nümayəndələri arasında bu mühüm siyasi kampaniyaya maraq daha da artır.

Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti seçkilərin tam azad, sərbəst, şəffaf şəkildə baş tutacağına şübhə etmir. Bu barədə söz düşəndə məşhur tarzən, Baba Salahov adına xalq çalğı alətləri ansamblının bədii rəhbəri, professor, Xalq artisti, Ağasəlim Abdullayev bunları dedi:

-Son illər doğma millətimin həyatın ən müxtəlif  sahələrində əldə etdiyi bir-birindən parlaq uğurları müşahidə etdikcə, qəlbim fərəhimdən dağa dönür. Sevinirəm ki, öz böyük tarixi arzusuna, milli iqtiqlalına qovuşan xalqımız suverenlik kimi şərəfli nemətə tamamilə layiq olduğunu nümyiş etdirir. Bu, çox qürurverici haldır!

Azərbaycan xalqı hər zaman öz istedadı və zəhmətsevərliyilə seçilib. Ölkəmiz son illər sürətlə inkişaf və tərəqqi edir. Gözlərimizin önündə məmləkətimiz hərtərəfli inkişaf edən,modern bir dövlətə çevrilir. Bütün bunlardan necə sevinməmək olar! Mən də, təbii ki, çox sevinirəm.

Müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev Azərbaycanın parlaq gələcəyi naminə danılmaz xidmətlər göstərib. Məhz bu dahi siyasətçinin titanik səylərilə ölkəmiz sivil, demokratik inkişaf yolu seçib. Xoşbəxtlikdən son illər Azərbaycanda bu müdrik siyasət böyük uğurla davam etdirilir.

Mən bir məqamı xüsusi vurğulamaq istəyirəm. Görünən budur ki, Azərbaycan dövləti mədəniyyətimizin inkişafına böyük qayğı göstərir. Biz mədəniyyət və incəsənət xadimləri bu qayğıdan çox ruhlanır, daha böyük yaradıcılıq əzmi ilə qurub-yaratmağa çalışırıq.

Mən əminəm ki, Azərbaycan vətəndaşları bu il aprelin 11-də seçkilərdə böyük həvəslə iştirak edəcəklər. Fürsətdən istifadə edərək, hamını bu mühüm kampaniyaya fəal surətdə qatılmağa çağırıram.

Söhbəti qələmə aldı:
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında