Beynəlxalq arenada yalnız qələbə uğrunda mübarizə aparmağımız dövlətimizin nüfuzu ilə bağlıdır

“Azərbaycanda keçiriləcək növbəti seçkilərdə qəhrəman idmançılarımız xüsusi fəallıq nümayiş etdirəcəklər”. Bu sözləri qəzetimizə qarşıdakı seçkilərlə bağlı fikirlərini bildirən dünya və Avropa çempionu, Rio Olimpiadasının bürünc medalçısı Rəsul Çunayev dedi.

Buyaxınlarda Sofiyada keçirilən beynəlxalq turnirdə bütün rəqiblərini vaxtından əvvəl və böyük üstünlüklə məğlub edib qızıl medalla Vətənə dönən istedadlı güləş ustamız cəmiyyətdə gedən proseslərə heç vaxt biganə qalmayan, davranışları, fəaliyyətləri ilə başqalarına nümunə olmağa çalışan atletlərimizin bu önəmli siyasi kampaniyada da fəal iştirak edəcəklərini söylədi: “Vətəndaşlarımızın səsvermə hüququndan istifadə edərək, azad şəkildə öz fikirlərini ifadə etmələri Azərbaycanda demokratik prinsiplərin təminatına verilmiş mühüm töhfədir. Bu gün hər birimiz üzərimizə düşən vəzifəni yerinə yetirməklə cəmiyyətimizin daha da demokratikləşməsinə yardım edirik.

Bu gün dünyada gedən mühüm proseslər cəmiyyətimizə də təsirini göstərməkdədir. İnsanlar daha çox yeniliyə can atır, qabaqcıl texnologiyanı mənimsəməyə, onu tətbiq etməyə meyl edirlər. Azərbaycanda quruculuq prosesinə nəzər salsaq, böyük uğurların əldə edilmiş olduğunu görərik. Yarışlarla bağlı xarici ölkələrdə tez-tez olur, müxtəlif ölkələrin idman ictimaiyyətinin nümayəndələri ilə görüşürük. Onlar arasında yaşlı, eləcə də gənc nəslin nümayəndələri ölkəmizə böyük maraq göstərir, baş verən yeniliklərlə maraqlanır, Azərbaycana gəlməyə can atırlar. Biz hər zaman onları böyük məmnuniyyətlə ölkəmizə dəvət edirirk. Son illər daha da inkişaf edən, gözəlləşən diyarımıza qədəm basan yadelli qonaqlarımız buradan xoş təəssüratla ayrılırlar. Yaşlı nəslin nümayəndələri bizimlə söhbətlərində ölkəmizin bu cür dinamik inkişafından, sürətlə yeniləşən simasından, yeni salınan park və xiyabanların gözəlliyindən vəcdə gəldiklərini qeyd edirlər.

Azərbaycan dünyada həm də idman ölkəsi kimi tanınır. Dünyanın idman dövlətləri arasında böyük nüfuza sahib olmağımız biz gənclər üçün böyük stimuldur. Beynəlxalq arenada yalnız qələbə uğunda mübarizə aparmağımız dövlətimizin nüfuzu ilə bağlıdır.  Çünki, digər dövlətlərin komandalarının diqqəti ən çox bizim üzərimizdə cəmləşir, bizə qarşı xüsusi hazırlaşırlar. Komandamızın hər bir üzvü yalnız birincilik uğrunda döyüşür və qazanılan uğurlar Azərbaycanın idman şöhrətini daha da artırır”.

Azərbaycan idmanının gələcəyinin daha parlaq olacağını deyən Olimpiya mükafatçımız bunun üçün ölkəmizdə hər bir şəraitin yaradıldığını və bu quruculuq işinin davam etdirildiyini dedi: “Bu gün hər birimiz fəxr edirik ki, davamçılarımız yetişir və beynəlxalq arenalarda yeniyetmə idmançılarımızın, demək olar ki, bütün növlər üzrə qazandıqları uğurların xoş sorağını eşidirik. Paytaxt Bakı ilə yanaşı, regionlarımızda da uşaq və yeniyetmələrin daha sağlam, vətənpərvər və mübariz ruhda yetişməsi üçün dövlət tərəfindən göstərilən diqqət və qayğı öz bəhrəsini verir. Gənc nəslin daha gözəl şəraitdə böyüməsi üçün quruculuq işləri böyük sürətlə davam edir”.

Rəsul Çunayev gələcəkdə Azərbaycanı bütün sahələrdə böyük perspektivlərin gözlədiyini, bu inkişafa gənclərin də öz töhfəsini hər zaman verməyə hazır olduğunu vurğuladı: “Ölkəmizdə həyatın bütün sahələrində uğurlar bir-birini əvəz edir. Bu yüksəliş gələcəkdə daha böyük perspektivlər vəd edir. Bu gün gənclərimiz uğurlarımızın davamlı olması üçün səylərini əsirgəmirlər.

Aprelin 11-də növbəti prezident seçkilərinin də mütəşəkkil və yüksək səviyyədə baş tutacağı şübhəsizdir. Əminəm ki, gənclərimiz də seçkilərdə böyük fəallıq nümayiş etdirib, xalqın dəstəklədiyi layiqli namizədə səs verəcəklər”.

Söhbəti qələmə aldı:
Leyla QURBANOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında