Azərbaycan azad, şəffaf və demokratik seçkilər keçirməklə bağlı öhdəliyinə sadiqdir

Özünün inkişafı üçün demokratiya yolunu seçmiş hər bir dövlət istər-istəməz üzərinə azad, şəffaf və demokratik seçkilər keçirmək öhdəliyi götürmüş olur. Bu cür seçkilərin keçirilməsi üçün isə həmin dövlət zaman-zaman güclü hüquqi baza yaratmalıdır.

Bunsuz ədalətli və demokratik seçkilər keçirmək mümkün deyil. Azərbaycan uzun illərdir ki, demokratik, hüquqi dövlət quruculuğu yolu ilə inamla irəliləməkdədir və seçki proseslərini lazımi şəkildə həyata keçirmək üçün beynəlxalq standartlara uyğun seçki qanunvericiliyi yaratmışdır. Bu baxımdan ölkəmiz istənilən seçkini – istər prezident, istər parlament, istərsə də bələdiyyə seçkilərini demokratik qaydada keçirməyə tam hazırdır. Dövlətimiz mükəmməl Konstitusiyaya və qanunvericiliyə malikdir. Bütün rayonlarda dairə seçki komissiyaları üçün yüksək səviyyədə şərait yaradılıb, seçkilərin tam demokratik və şəffaf keçirilməsi üçün seçki məntəqələrinin əksəriyyətində veb-kameralar quraşdırılıb.

Bu gün Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, qarşıdakı 11 aprel prezident seçkiləri daha mükəmməl qanunvericilik bazası və daha böyük seçki təcrübəsi əsasında keçirilir. Bu məsələdə təkcə beynəlxalq təşkilatlar tərəfindən müsbət rəy almış seçki qanunvericiliyimiz mühüm rol oynamır, həm də Mərkəzi Seçki Komissiyamızın uzun illər ərzində topladığı zəngin seçki təcrübəsinin əhəmiyyəti şəksizdir. Artıq ölkəmizin mərkəzi seçki orqanı Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq bütün ölkə ərazisində genişmiqyaslı maarifləndirmə işlərinə start verib. Şübhəsiz ki, Azərbaycanın müstəqillik qazandığı vaxtdan bəri, xüsusilə ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsindən sonra əldə olunmuş böyük seçki təcrübəsi bu dəfə də şəffaf və ədalətli seçkilər keçirilməsini təmin edəcək. 

İndi birmənalı şəkildə deyə bilərik ki, bizim son illərdə topladığımız seçki təcrübəsi artıq bir sıra ədalətli beynəlxalq təşkilatlar tərəfindən də lazımi qiymətini alır, təqdir olunur. Bu da səbəbsiz deyil. Azərbaycanın Mərkəzi Seçki Komissiyası seçki prosesində demokratikliyin və şəffaflığın təmin edilməsi üçün gərək olan hər cür addım atır. Bir vaxt məntəqələrdə saxtalaşdırmaya nəzarət üçün müşahidə kameralarının quraşdırılması məsəli qaldırıldı. Bu məsələnin reallaşması təmin edildi. Sonra bir seçicinin bir dəfədən artıq səs verməsinin qarşısını almaq üçün barmaqların şəffaf mürəkkəblə rənglənməsi məsələsi ortaya çıxdı. Bu məsələnin də təcili surətdə tətbiqinə yaşıl işıq yandırıldı. Bəzi beynəlxalq təşkilatların, QHT-lərin başqa təklifləri nəzərə alındı və tətbiq edildi. Təki seçkilərin demokratikliyi təmin edilsin. Heç bir şübhəmiz yoxdur ki, indiyədək qazandığımız təcrübə, ölkədə mövcud olan sabitlik, iqtidarla xalqın birliyi və həmrəyliyi, zəngin seçki qanunvericiliyimiz bu il aprelin 11-də də demokratik seçkilər keçirilməsini təmin edəcək.

Mübariz HƏMİDOV,
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar artist, Kalmıkiya Respublikasının Əməkdar incəsənət xadimi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında