Hakkı Kəskin: Azərbaycanda seçkilərin ədalətli keçirilməsi üçün hər bir şərait yaradılıb

Almaniyanın tanınmış siyasətçisi, Bundestaqın və AŞPA-nın sabiq üzvü Hakkı Kəskin Azərbaycandakı prezident seçkiləri ilə əlaqədar sechki-2018.az saytına müsahibə verib

– Hakkı bəy, siz Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə etmisiniz. O zamankı təəssüratlarınız çox müsbət idi. Bəs qarşıdan gələn prezident seçkiləri barədə nə düşünürsünüz ?

– Bəli, mən Azərbaycanda keçirilən parlament seçkilərində Almaniya və Avropa Birliyini təmsil edən müşahidəçi kimi iştirak etmişəm və bu barədə təkrarən bildirirəm ki, olduğum məntəqələrin heç birində qanun pozuntusuna rast gəlməmişdim. Mənimlə birgə Bakıda olan digər müşahidəçi dostlarımız da müsbət təəssüratla qayıtmışdılar.

Azərbaycanda keçirilən prezident seçkiləri ölkə üçün çox mühüm siyasi hadisədir. İnanıram ki, azərbaycanlılar öz seçki mədəniyyətlərini nümayiş etdirə biləcək və istədikləri namizədə səs verəcəklər. Azərbaycandakı seçki prosesi barədə xəbərləri mütəmadi izləyirəm. Bilirəm ki, Azərbaycanda seçkilərin ədalətli keçirilməsi üçün hər bir şərait yaradılıb.

– Uzun illərdir ki, Avropada ictimai-siyasi sferalarda fəaliyyət göstərirsiniz. Azərbaycandakı demokratik vəziyyəti, ölkəmizin beynəlxalq əhəmiyyətini Avropa siyasətçisi olaraq necə səciyyələndirirsiniz? 

– Əvvəla onu deyim ki, Azərbaycan mənim üçün çox önəmli ölkədir. Çünki, mən bir türk kimi qardaş Azərbaycanın inkişafını, yüksəlişini səmimiyyətlə istəyən insanam. Bundan əlavə, Bakının son illər  vacib  elmi-mədəni, humanitar  mərkəzə çevrilməsi məni hədsiz sevindirir. Tarixdən bildiyim qədərilə Azərbaycan Şərqdə ilk demokratik cümhuriyyətdir. Hətta bir sıra Avropa ölkələrindən öncə qadınların seçmək hüququnu tanıyıb. Bu adi məsələ deyil. 100 il bundan əvvəl belə böyük nailiyyətə imza atmaq o dövr üçün nadir hadisələrdəndir. Bu gün Azərbaycan Avropanın bütün insan hüquqları təsisatlarının prinsiplərinə qoşulub. Avropada Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirirlər. Geostrateji cəhətdən də Azərbaycan Avropa üçün vacib ölkədir.

– Bu yaxınlarda Ermənistanda prezident seçkiləri keçirildi. Aprelin 11-də isə Azərbaycanda prezident seçkiləri keçiriləcək. Sizcə, seçkilərdən sonra Dağlıq Qarabağ münaqişəsinin həllində hər hansı irəliləyişə nail olmaq mümkündürmü?

– İllərdir Ermənistanda antidemokrat rejim var idi. Lakin ümumilikdə regiondakı seçkiləri siyasi cəhətdən analiz etsək münaqişənin həlli istiqamətində yeni addımlar atıla bilər. Azərbaycan dövləti hər zaman münaqişənin sülh yolu ilə həllinə cəhd edir. Ermənistan isə kompromisə getmək istəmir. İşğalçı mövqeyindən geri çəkilmir. Əgər Ermənistandakı yeni prezident öz sələfinin yolunu getməsə, hansısa dəyişikliklər və münaqişənin həlli istiqamətində canlanma mümkündür.

Müsahibəni qələmə aldı:
Anar TURAN, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında