Küveyt Azərbaycan ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verir

Azərbaycan ilə Küveyt arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Hər iki dövlət bu əlaqələrin inkişafına böyük önəm verir.

Küveytin Baş nazirinin birinci müavini, müdafiə naziri Şeyx Naser Sabah əl-Əhməd əl-Sabah Azərbaycanın bu ölkədəki səfiri Elxan Qəhrəmanla görüşdə bildirib ki, dövlət başçılarının qarşılıqlı səmimi münasibətləri iki dost ölkə arasında əlaqələrin inkişafında mühüm rol oynayır. Bu barədə Azərbaycanın Küveytdəki səfirliyi məlumat verib.

Şeyx Naser Sabah əl-Əhməd əl-Sabah görüş zamanı bildirib ki, Küveyt dövləti ölkəmizlə bütün sahələrdə ikitərəfli əməkdaşlığın inkişafında maraqlıdır. Bu əlaqələrin gücləndirilməsi məqsədilə hər iki ölkənin ­müvafiq qurumlarının nümayəndə heyətlərinin qarşılıqlı səfər mübadilələrinin həyata keçirilməsinin önəmli olduğunu diqqətə çatdırıb. Həmçinin görüş zamanı müdafiə naziri Küveyt vətəndaşları üçün sadələşdirilmiş viza rəsmiləşdirilməsi qərarının yüksək qiymətləndirildiyini bildirib. Şeyx Naser Sabah əl-Əhməd əl-Sabah iki ölkə arasında birbaşa hava xəttinin açılmasının mövcud əlaqələrin inkişaf tempinə, o cümlədən siyasi, iqtisadi, ticari, ictimai, humanitar və digər mühüm sahələrin möhkəmlənməsinə müsbət təsir göstərdiyini vurğulayıb. Baş nazirin birinci müavini Azərbaycan vətəndaşlarına da elektron vizaların verilməsi fikrini müsbət dəyərləndirib və məsələyə baxılması məqsədilə müvafiq göstəriş verəcəyini bildirib.

Səfir Elxan Qəhrəman ölkələrimiz arasında iqtisadi-ticarət, müdafiə, investisiya qoyuluşu, mədəniyyət və turizm və digər sahələrdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin mühüm əhəmyyəti olduğunu deyib. O bildirib ki, ümummilli lider tərəfindən təməli qoyulmuş və bu gün uğurla davam etdirilən daxili və xarici siyasət nəticəsində ölkəmiz hərtərəfli inkişaf edir. Həmçinin o, ölkəmizin beynəlxalq aləmə inteqrasiyasından, Dağlıq Qarabağ problemindən, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətindən söhbət açıb. Respublikamızda sabit siyasi və ictimai durum, ardıcıl olaraq həyata keçrilən sosial-iqtisadi islahatlar, ölkəmizin elmi-texniki potensialı, inkişaf etmiş iqtisadiyyatı, əldə olunmuş digər nailiyyətləri barədə məlumat verib.

E.Qəhrəman ölkələrimiz arasında birbaşa aviareyslərin açlışından sonra Küveytdən Azərbaycana 17 min turistin səfər etdiyini bildirib. Eyni zamanda, Azərbaycan vətəndaşlarına da elektron vizaların verilməsi imkanlarına baxılmasını xahiş edən səfir məsələnin müsbət həllinin ikitərəfli münasibətlərin inkişafına töhfə olacağını deyib.

Ülviyyə VAHİDQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında