Prezidentliyə namizəd Fərəc Quliyev Sumqayıtda seçicilərlə görüş keçirdi

11 aprel 2018-ci il tarixinə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Milli Dirçəliş Hərəkatı Partiyasının prezidentliyə namizədi Fərəc Quliyev martın 25-də Sumqayıt şəhərində seçicilərlə görüş keçirib. Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilmiş Nəriman Nərimanov adına Sumqayıt Şəhər Mədəniyyət Mərkəzində baş tutan görüş anşlaq şəraitdə və coşqun ruhda keçdi.

Görüş saat 15:00-a planlaşdırılsa da, Fərəc Quliyevin tərəfdarları və seçicilər səhər saatlarından Mədəniyyət Mərkəzinin ətrafına toplaşmışdılar.

Milli Dirçəliş Hərəkatı Partiyasının Sumqayıt şəhər təşkilatının gəncləri isə Fərəc Quliyevi dövlət bayraqları, partiyanın bayraqları və milli şüarlar yazılmış plakatlarla qarşıladılar. Təşkilatçılar tərəfindən səsucaldıcılar vasitəsilə səsləndirilən vətənpərvər və milli ruhda olan mahnıların sədaları altında Fərəc Quliyevin zala daxil olması seçicilərdə yüksək coşqu yaratdı və sürəkli alqışlar səsləndi.

Fərəc Quliyev seçiciləri salamladıqdan sonra, görüşün aparıcısı tədbiri açıq elan etdi və Dövlət himni səsləndirildi.

Giriş sözü ilə çıxış edən prezidentliyə namizəd Fərəc Quliyevin səlahiyyətli nümayəndəsi Həbib Ələkbərov namizədin tərcümeyi halından danışdı, onun ictimai-siyasi fəaliyyəti və apardığı milli mücadilə ilə bağlı bəzi mühüm məqamları seçicilərin diqqətinə çatdırdı və sonda Fərəc Quliyevi tribunaya dəvət etdi.

Prezidentliyə namizəd Fərəc Quliyev çıxışında seçicilərə seçki platforması barədə ətraflı məlumat verdi. O, platformanın ümumi prinsipləri ilə yanaşı, ayrı-ayrılıqda konsepsiyalarında yer almış ən mühüm məsələlər barədə ətraflı çıxış etdi. Fərəc Quliyev seçicilərə iqtisadi, sosial, xarici və daxili siyasəti, dövlət quruculuğu, yerli özünüidarəetmə, hərbi, mədəniyyət və turizm, gənclər və idman, kənd təsərrüfatı, hüquq qanunvericiliyi, diaspor, Türk birliyi, Azərbaycanın bütövlüyü, Ermənistan-Azərbaycan müharibəsi və s. istiqamətlərdə baxışlarını təqdim etdi.

Fərəc Quliyev prezident seçiləcəyi təqdirdə bu prinsipləri tam həyata keçirmək niyyətində olduğunu bildirdi.

Lakin müxalifətdə olduğu dönəmdə də o, platformasında təqdim etdiyi prinsiplərin cəmiyyətə faydasının keçməsi üçün davamlı olaraq təkliflər və tələblər şəklində irəli sürdüyünü və onlardan da bir çoxunun həllinə nail olduğunu vurğuladı.

Platforması barədə danışdıqdan sonra Fərəc Quliyev görüş iştirakçılarının suallarını cavablandırdı və şikayətləri dinlədi. Edilmiş bütün yazılı və şifahi müraciətlər qeydə alındı və Fərəc Quliyev bütün hallarda bu müraciətləri diqqətdə saxlayacağını və haqlı şikayətlərin həllinə çalışacağını bildirdi.

Tədbir iştirakçılarından bir neçə nəfər söz alaraq, Fərəc Quliyevin layiqli namizəd olduğunu bildirdilər və seçiciləri ona səs verməyə çağırdılar.

Saat 17:00-dək davam edən görüş Fərəc Quliyevin “Biz gələcəyik” seçki şüarına uyğun olaraq, eyni adlı mahnının səsləndirilməsi ilə başa çatdı.

Milli Dirçəliş Hərəkatı
Partiyasının mətbuat xidməti

Namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülmüş  Fərəc Quliyevin  ödənişsiz əsaslarla dərc edilən seçkiqabağı təşviqat materialı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında