İqtisadi islahatlar konsepsiyası

(Prezidentliyə namizəd Sərdar Calaloğlunun (Məmmədovun) seçki platformasından)

İqtisadi siyasət

 

– dövlətin təsərrüfat təşkilati, maliyyə nəzarət funksiyalarını ölkənin resurs və imkanlarına uyğun ən optimal formada reallaşdırılmasından ibarətdir.

 

Milli iqtisadiyyatın struktur formaları:

 

Ev təsərrüfatı: Ev təsərrüfatının inkişafı ilə bağlı dövlət proqramı həyata keçirmək. Yardımçı təsərrüfatlara faizsiz kreditlər, evdə əməyin təşkili, ev təsərrüfatlarında istehsal olunan məhsulun dövlət tədarükü.

Sosial struktur - xüsusi, ictimai və dövlət mülkiyyətinin inkişafı və rentabelliyini təmin etmək məqsədilə düzgün milliləşdirmə və özəlləşdirmə siyasəti həyata keçirmək.

Sahə strukturları - iqtisadi inkişafın keyfiyyətcə proqnozlaşdırılmasına imkan verən milli iqtisadiyyat vahidlərinin inkişaf proqramını reallaşdırmaq.

Ərazi strukturları - şəhərləşmənin qarşısını almaq, endodemoqrafik prosesləri tənzimləmək və istehsal güclərinin dövlətin ərazisi üzrə paylanması və  milli iqtisadiyyatın iqtisadi rayonlaşdırılması üçün yerli xammal əsasında regional iqtisadi vahidlərin yaradılması.

 

Milli iqtisadiyyatın infrastrukturu

 

- iqtisadi sferaların qarşılıqlı əlaqələndirici strukturları. Xammal hasilatı, ilkin emal və son məhsul istehsal edən müəssisələrin fəaliyyətinin tənzimlənməsi və nəzarət edilməsi.

 

Xarici ticarət strukturu:

 

- import üzərində yerli istehsalın dəstəklənməsi naminə məhdudiyyətlərin qoyulması;

- eksport-strateji məhsulların və xammalın eksportunun qarşısını almaq,  dempinq siyasəti həyata keçirməklə dünya bazarında yerli istehsalçıların rəqabət qabiliyyətini artırmaq;

- eksport-import üzərində sərt dövlət və ictimai nəzarəti təmin etmək, bu istiqamətdə ikitərəfli və beynəlxalq əməkdaşlığı inkişaf etdirmək.

 

Təsərrüfat təşkilatı funksiyanın məqsədləri:

 

- ölkənin iqtisadiyyatın ən optimal rejimdə strateji istiqamətlərinin müəyyən edilməsi, onların koordinasiyası;

- dövlət büdcəsinin formalaşdırılması və icrası;

- mülkiyyətin müxtəlif formaları üçün bərabər şəraitin yaradılması;

- sahibkarlıq fəaliyyətinin stimullaşdırılması;

- istehsalın təşkili;

- daxili ticarətin idarə olunması.

Maliyyə-nəzarət funksiyasının istiqamətləri:

 

pul vəsaitləri fondlarının formalaşdırılması, istifadəsi və inkişafı ilə bağlı dövlət proqramları hazırlayıb həyata keçirmək. Dövlətin investisiya fondlarını yaratmaq və inkişaf etdirmək. Fondlar üzərində effektli dövlət və ictimai nəzarətin təmin edilməsi;

- nağd hesablaşmaların minimum həddə endirilməsi;

- alqı-satqı üzərində dövlət nəzarəti;

- effektli antiinfilyasiya proqramı həyata keçirmək;

- indeksasiya siyasəti həyata keçirmək;

- istehsalçıların dövlət gəlirlərinin müəyyən edilməsi və hesabatı;

- dövlət büdcəsinə vergilərin və digər məcburi ödəmələrin yığılması;

- dövlət büdcəsinin xərclənməsinə nəzarət.

Təsərrüfat təşkilati islahatların istiqamətləri:

 

- neft-kimya sənayesinin inkişafı:- Neft və qazın xammal kimi ixracatının -qarşısının alınması, neft kimyası əsasında dünya bazarının tələbatına uyğun fabrik və zavodların tikilməsi;

- yüngül sənaye: yun, pambıq, kətan və ipək xammalından son məhsul istehsal edən fabriklərin qurulması;

- yeyinti sənayesi: aqrosənaye müəssisələrinin genişləndirilməsi müasir texnologiyaların tətbiqi ilə dünya bazarının ekoloji təmiz məhsullara tələbatına uyğun təmin olunması;

- ən yeni texnoloji sahələrin perspektiv inkişafına aid dövlət proqramları hazırlamaq;

- müdafiə sənayesinin inkişaf etdirilməsi və genişləndirilməsi;

- təkrar istehsal müəssisələri şəbəkəsinin yaradılması.

Dövlət büdcəsi:

 

- dövlət büdcəsinin sosial yönümlülüyünü müəyyən etmək;

- büdcədə korrrupsiya ruskinin minimuma endirilməsi ilə bağlı effektli tədbirləri həyata keçirmək;

- büdcənin neftdən asıllığının ləğvi;

- dövlət büdcəsinin beş il ərzində 80 milyard manat həcmində müəyyən edilməsinə nail olmaq.

 

Mülkiyyətin formaları:

 

- dövlət mülkiyyətinin formalaşdırılması, strateji obyektlərin siyahısının müəyyən edilməsi və özəlləşdirilməsinin qadağan edilməsi;

- nəhəng müəssisələrin, qanuna zidd fəaliyyət göstərən və iflasa uğramaq riski olan müəssisələrin milliləşdirilməsi;

- dövlət müəssisələrinin rentabelliyini artırmaq məqsədilə özəlləşdirilməsi.

İstehsalın təşkili:

 

- dövlət və xarici sifarişlər əsasında istehsal sahələri yaratmaq, köhnə istehsal sahələrini modernləşdirmək;

- istehsalda elm tutumunu artırmaq, elm-istehsal və mühəndis konstruktor -müəssisələr şəbəkəsinin yaradılmasına nail olmaq;

- dövlət sifarişləri ilə istehsalı stimullaşdırmaq.

Sahibkarlığın stimullaşdırılması:

 

- orta və kiçik biznesin inkişafı ilə bağlı dövlət proqramı hazırlayıb həyata keçirmək, orta və kiçik müəssisələrin antiiflas yardım proqramının həyata keçirilməsi;

- məhəlli və qlobal böhranların orta və kiçik biznesi sıradan çıxarmasına qarşı dövlət proqramını hazırlamaq;

- vətəndaşlara sahibkarlıq ruhunun aşılanması, təşviq edilməsi və öyrədilməsi;

- əlverişli uzunmüddətli kredit siyasəti müəyyən etmək;

- avtoinvestisiya və xarici investiya yatırımlarına təşviq proqramı hazırlayıb reallaşdırmaq;

- investisiya təhlükəsizliyini təmin edən qanunverici aktların hazırlanması.

Daxili ticarətin idarə olunması:

 

- effektli antiinhisar proqramı işləyib həyata keçirmək;

- daxili bazarın qorunması;

- süni bahalaşmanın qarşısının alınması;

- zəruri istehlak mallarının maksimum qiymətlərinin müəyyən edilməsi;

- yerli istehsal məhsullarına prioritet verən ticarət siyasəti aparmaq;

- ticarətdə dotasiya, subsidiya və dempiqlərin tətbiqi.

Maliyyə-nəzarət islahatlarının istiqamətləri:

 

- istehsalçıların dövlət gəlirlərinin müəyyən edilməsi və hesabatı.

Vergi siyasəti:

 

- gəlirlərin beynəlxalq standartlara uyğun müəyyən edilməsi təcrübəsinə keçid;

- gəlirlərin gizlədilməsinin qarşısını alan dövlət tədbirlərini müəyyənləşdirmək;

- vergi qaçaqçılığına qarşı sərt tədbirlər görmək;

- iş yerləri açan regional inkişaf proqramları həyata keçirən müəssisələrlə bağlı güzəştli vergi siyasəti aparmaq;

- mütərəqqi vergi siyasətinin tətbiqi;

- əhalinin aztəminatlı hissəsinin vergidən azad edilməsi;

- vergi yükünün rentabelli və çoxgəlirli müəssisələrin üzərinə qoyulması;

- vergilərin yığılmasında vətəndaşları maraqlandırmaqla onların iştirakının təmin edilməsi;

- vergilərin yığılmasına ictimai nəzarətin həyata keçirilməsi;

- cərimələrin həcmini azaltmaq, cərimələrin ödənilməməsinə görə məsuliyyəti artırmaq;

- dövlət büdcəsinin xərclənməsinə rəsmi dövlət və qeyri-dövlət nəzarətini təmin etmək;

- hökumətin parlament qarşısında hesabatlılığının qanunverici bazasının möhkəmləndirilməsi;

- maliyə intizamının pozulması ilə bağlı məsuliyyətin artırılması;

Kreditlər:

 

- kreditlərin qaytarılmasının təminat altına alınması;

- bank kreditlərinin faizlərinin sığortalanması;

- kredit faizlərinin aşağı salınması;

- aztəminatlı ailələrin faizlərdən azad edilməsi;

- uzunmüddətli və əvəzi qaytarılmayan kreditlərin verilməsi ilə aztəminatlılara yardım proqramını həyata keçirmək;

- milli iqtisadiyyata investisiyaların qoyulmasına təşviq siyasətini həyata keçirmək.

Namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülmüş Sərdar Calaloğlunun  ödənişsiz əsaslarla dərc edilən seçkiqabağı təşviqat materialı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında