Slovakiyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı rəsmi mövqeyi dəyişməzdir

Bu il fevralın əvvəlində Slovakiya vətəndaşı Aşot Qriqoryan tərəfindən bir qrup slovakiyalı, çexiyalı və avstriyalı iş adamlarının Azərbaycanın işğal olunmuş ərazilərinə səfərinin təşkil edilməsi faktı ilə əlaqədar Slovakiyanın Rusiyadakı səfirliyindən Azərbaycanın bu ölkədəki səfirliyinə təkzib məktubu daxil olmuşdur.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, məktubda qeyd olunan səfərin birmənalı olaraq Slovakiya vətəndaşı A. Qriqoryanın şəxsi təşəbbüsü olduğu, Yerevanda keçirilmiş mətbuat konfransında A.Qriqoryan tərəfindən səfərin rəsmi xarakter daşıması və Slovakiyanın "Eksimbank"ının Dağlıq Qarabağda layihələr maliyyələşdirəcəyi ilə bağlı fikirlərin tamamilə yanlış olduğu bildirilmişdir.
Bundan əlavə, məktubda Slovakiyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı rəsmi mövqeyinin dəyişməz olaraq qaldığı, münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq hüququn norma və prinsipləri və BMT-nin müvafiq qətnamələri əsasında həll edilməsinin vacibliyi vurğulanmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında