Hafiz Hacıyev – prezidentliyə namizəd

1. Korrupsiyanın kökünün kəsilməsinə söz verirəm!

2. Qarabağı 3 aya azad edib paytaxtı Xankəndinə köçürəcəyəm!

3. Aztəminatlı ailələri kommunal xərclərdən azad edəcəyəm!

4. Qarabağın azadlığı uğrunda vuruşan və şəhid olanların ailələrinə hər ay 2000 AZN təqaüd verəcəyəm, dövlət hesabına mənzillərini təmir etdirəcəyəm!

5. Gənclər bizim gələcəyimizdir – hökümətdə gənc kadrlara üstünlük verəcəyəm!

Tərcümeyi-hal

 

Hacıyev Hafiz Ələmdar oğlu  —  siyasətçi; Müasir Müsavat Partiyasının sədri.

Hafiz Hacıyev 1956-cı ilin aprel ayının 16-da Ermənistan SSR-də Basarkeçər rayonunun Zod kəndində anadan olmuşdur. 1962-ci ildə Zod kənd orta məktəbinə daxil olub, 1973-cü ildə həmin məktəbi bitirmişdir.  Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının zoomühəndis fakültəsinə daxil olmuş,
1979-cu ildə həmin ali məktəbi bitirmişdir. 1988-ci ildən biologiya elmləri namizədidir. 1979-cu ildən 1982-ci ilədək Azərbaycan LKGİ Kəlbəcər Rayon Komitəsində təşkilat şöbəsinin müdiri və rayon komsomol komitəsinin II katibi işləmiş və I katibi əvəz etmişdir.

1982-1989-cu illərdə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində balıqçılıq şöbəsinin ixtioloqu və şöbə müdiri əvəzi, şöbə müdiri, Azərbaycan Dövlət Aqrar-Sənaye Komitəsində Balıqçılıq İdarəsinin rəisi, 1989-90-cı illərdə Respublika Embrionköçürmə Mərkəzinin və Respublika Süni Mayalanma Mərkəzinin direktoru vəzifələrində, 1991-1992-ci illərdə "Azərbalıq" İstehsalat Kommersiya Assosiasiyasının sədr müavini və sədri vəzifələrində, 1992-1993-cü illərdə Azərbaycan Respublikasının “Azərbalıq” Dövlət Balıqçılıq Təsərrüfatı Konserninin sədri vəzifəsində çalışmışdır.

2001-ci ildə Müasir Müsavat Partiyasının I (təsis) Qurultayında və 2003-cü ildə həmin partiyanın II Qurultayında partiyanın sədri seçilmişdir. 2001-ci ilin noyabrında "Müasir Müsavat" qəzetini təsis etmişdir. 2003, 2008 və 2013-cü illərdə keçirilən Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi irəli sürülmüşdür. Hazırda Hafiz Hacıyev Müasir Müsavat Partiyasının lideridir.

11 aprel 2018-ci ildə keciriləcək prezident seckilərində 4-cü dəfədir prezidentliyə namizəddir.

Namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülmüş Hafiz Hacıyevin  ödənişsiz əsaslarla dərc edilən seçkiqabağı təşviqat materialı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında