Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 11 sentyabr tarixli 3130 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyası”nda dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanına və “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 725 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 11 sentyabr tarixli 3130 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 9, maddə 1081; 2014, № 4, maddə 391; 2015, № 9, maddələr 989, 1050) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 4.1.5-ci yarımbənddə “Milli Təhlükəsizlik Nazirliyi” sözləri “Dövlət Təhlükəsizliyi Xidməti” sözləri ilə əvəz edilsin.

2. Aşağıdakı məzmunda 4.1.5-1-ci yarımbənd əlavə edilsin:

“4.1.5-1. Xarici Kəşfiyyat Xidməti;”.

3. 5.3-cü bənddə “Milli Təhlükəsizlik Nazirliyinin” sözləri “Dövlət Təhlükəsizliyi Xidmətinin” sözləri ilə əvəz edilsin.

4. Həmin strategiyaya Əlavə 2 - “Vəzifələrin yerinə yetirilməsi məqsədi ilə qurumlar üçün əsas və dəstək tipli cavabdehlik cədvəli” üzrə:

4.1.  3-cü və 11-ci bəndlərdə “MTN” akronimi “DTX” akronimi ilə əvəz edilsin və “FHN” akronimindən sonra “, XKX” akronimi əlavə edilsin;

4.2.  2-ci, 5-ci, 9-cu, 16-cı və 17-ci bəndlərdə “MTN” akronimi “DTX, XKX” akronimləri ilə əvəz edilsin.

5. “İxtisarlar:” hissəsi üzrə:

5.1.  altıncı abzasda “MTN – Milli Təhlükəsizlik Nazirliyi” sözləri “DTX - Dövlət Təhlükəsizliyi Xidməti” sözləri ilə əvəz edilsin;

5.2.  yeddinci – on beşinci abzaslar səkkizinci – on altıncı abzaslar hesab edilsin və aşağıdakı məzmunda yeddinci abzas əlavə edilsin:

“XKX – Xarici Kəşfiyyat Xidməti;”.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 dekabr 2017-ci il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında