Cəlilabad şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi və çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin  Sərəncamı

 

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası nəticəsində Cəlilabad rayonunda əsas kapitala yönəldilmiş vəsait 87,0 dəfə, tikinti quraşdırma işlərinin həcmi 90,2 dəfə artmış, bir sıra sosialyönümlü infrastruktur layihələri yerinə yetirilmiş, o cümlədən Olimpiya İdman Kompleksi, Müalicə-Diaqnostika Mərkəzi, Rayon Mərkəzi Xəstəxanası, Şahmat məktəbi, Gənclər evi, Tarix-Diyarşünaslıq Muzeyi, Bayraq Meydanı, əlil və şəhid ailələri üçün ümumilikdə 52 mənzilli  2 yaşayış binası inşa edilmiş, təhsil ocaqları və digər obyektlər istifadəyə verilmişdir. Bununla yanaşı, Cəlilabad şəhərinin su təchizatı sistemi yenidən qurulmuş, iri istehsal və emal müəssisələri yaradılmış, 22 mindən çox iş yeri açılmış, yeni yollar çəkilmiş, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Cəlilabad şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi və şəhərin mənzil fonduna daxil olan çoxmənzilli binaların əsaslı təmiri məqsədi ilə qərara alıram:

1. Cəlilabad şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi və çoxmənzilli binaların əsaslı təmiri üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Cəlilabad  Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat, o cümlədən abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 1,5 milyon (bir milyon beş yüz min) manat, 20 çoxmənzilli binanın dam örtüyünün yenilənməsi və fasad hissəsinin əsaslı təmiri üçün 1,5 milyon (bir milyon beş yüz min) manat  ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 sentyabr 2017-ci il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında