Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün D Ö V L Ə T P R O Q R A M I

Azərbaycan Respublikası Prezidentinin
2017-ci il 10 avqust tarixli
rəncamı ilə təsdiq edilmişdir

1. Giriş

Qeyri-neft sektorunun dinamik inkişafı və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafında mühüm nəticələrin əldə olunmasına gətirib çıxarmışdır. Ölkəmizin əlverişli torpaq-iqlim şəraiti, mövcud işçi qüvvəsi, emal sənayesi müəssisələrinin xammala olan tələbatının yerli istehsal hesabına ödənilməsi imkanları və ixrac potensialının olması aqrar sahənin daha da inkişafına əlverişli şərait yaradır.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq, ölkəmizdə tütünçülüyün inkişafına dövlət dəstəyinin gücləndirilməsi, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi, tütün istehsalına marağın artırılması məqsədi ilə “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı” (bundan sonra – Dövlət Proqramı) hazırlanmışdır.

2. Azərbaycanda tütünçülüyün mövcud vəziyyəti

Respublikada tütünçülüyün elmi əsaslarla inkişafı və bu sahə üzrə yüksək sənaye potensialının yaradılması XX əsrin 70-ci illərinin başlanğıcına təsadüf edir. Həmin illərdə həyata keçirilən uğurlu aqrar siyasət nəticəsində Azərbaycanda tütünçülüyün çox sürətlə inkişaf etməsi, bu sahənin böyük sənaye potensialının yaradılması, tütünçülüyün elmi bazasının gücləndirilməsi hesabına 1970-1980-ci illərdə tütünün əkin sahəsi 17 min hektar, istehsalının həcmi isə 60 min tondan çox olmuşdur.

Lakin son 10 ildə bəzi ənənəvi kənd təsərrüfatı sahələrində, o cümlədən tütünçülükdə də tənəzzül müşahidə olunmuşdur. Belə ki, 2016-cı ildə tütünün əkin sahəsi 2,4 min hektar, istehsal həcmi isə 3,6 min ton təşkil etmişdir ki, bu da sahənin potensial imkanlarından xeyli aşağıdır.

Ölkənin dağlıq və dağətəyi rayonlarının torpaq-iqlim şəraiti tütün sənayesinin tələbatına uyğun, beynəlxalq standartlara cavab verən keyfiyyətli tütün yetişdirilməsinə və ildə 50-60 min ton tütün istehsal olunmasına imkan verir.

Tütünçülüyün hüquqi, təşkilati və iqtisadi əsaslarının müəyyən edilməsi, tütün və tütün məhsullarının dövriyyəsi ilə əlaqədar münasibətlərin tənzimlənməsi məqsədilə “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının 2001-ci il 8 iyun tarixli 138-IIQ nömrəli Qanunu qəbul edilmişdir.

Son illər kənd təsərrüfatı məhsulları istehsalçılarına verilmiş güzəştlər və subsidiyalar, həmçinin bu sahədə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin 2019-cu ilədək, torpaq vergisi istisna olmaqla, bütün növ vergilərdən azad edilməsi ölkədə tütünçülüyün inkişafına təkan vermişdir.

Bununla yanaşı, ölkədə tütünçülüyün inkişafına dövlət dəstəyinin gücləndirilməsi, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi və tütün istehsalı ilə məşğul olan əhalinin sosial rifahının daha da yaxşılaşdırılması məqsədilə “Azərbaycan Respublikasında tütünçülüyün inkişaf etdirilməsinə dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli 2366 nömrəli Sərəncamına əsasən, tütün emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərə təhvil verilmiş quru tütünün hər 1 kiloqramına, yaş tütünün isə hər 10 kiloqramına görə tütün istehsalçılarına 0,05 manat məbləğində subsidiya müəyyən edilmişdir.

Dövlət Proqramı ölkədə bu istiqamətdə aparılan işlərin daha da sürətləndirilməsinə təkan verəcəkdir.

3. Dövlət Proqramının məqsəd və vəzifələri

Dövlət Proqramının məqsədi tütün və tütün məmulatına olan tələbatın ödənilməsi, tütün emalı müəssisələrinin fəaliyyətinin genişləndirilməsi və müasir texnologiyalar əsasında yeni müəssisələrin yaradılması, xammal təminatının yaxşılaşdırılması, tütünçülük məhsullarının ixracının artırılması və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün ölkədə tütünçülüyün inkişafını stimullaşdırmaqdan ibarətdir.

Bu məqsədə nail olmaq üçün aşağıdakı vəzifələrin həyata keçirilməsi nəzərdə tutulur:

– tütünün istehsalı, ilkin emalı və son məhsulun ölkədə istehsalının genişləndirilməsi;

– tütün əkini sahələrinin genişləndirilməsi və məhsuldarlığın artırılması;

– yeni məhsuldar, keyfiyyətli və xəstəliyə davamlı tütün sortlarının yaradılması;

– tütün toxumçuluğu təsərrüfatlarının yaradılmasının dəstəklənməsi;

– tütünçülüyün infrastruktur təminatının yaxşılaşdırılması;

– tütünçülüyün elmi təminatının və kadr potensialının daha da gücləndirilməsi;

– tütün istehsalı və emalı sahəsində innovativ texnologiyaların tətbiqinin dəstəklənməsi;

– tütün istehsalı və emalı sahələrinə yerli və xarici investisiyaların cəlb edilməsinin təşviqi;

– tütünçülük məhsullarının ixracının təşviqi;

– idxaldan asılılığın minimum səviyyəyə endirilməsi;

– tütünçülük məhsulları istehsalı ilə əlaqəli sahələrin inkişafının dəstəklənməsi;

– 2021-ci ilədək orta məhsuldarlıq 20 sentner/hektar olmaqla, əkin sahələrinin 6000 hektara, tütün istehsalının 12 min tona çatdırılmasına nail olunması.

4. Tütünçülüyün inkişafının əsas istiqamətləri

Azərbaycanda tütünçülüyün inkişafı sahəsində qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün aşağıdakı istiqamətlər üzrə müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:

– tütünçülüyün inkişaf etdirilməsi üzrə institusional tədbirlərin həyata keçirilməsi;

– tütünçülük sahəsində fəaliyyəti tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi;

– tütünçülük sahəsində elmi təminatın və kadr potensialının daha da gücləndirilməsi;

– tütün emalı potensialının gücləndirilməsi;

– tütünçülüyün infrastruktur təminatının yaxşılaşdırılması;

– tütünçülükdə marketinq fəaliyyətinin gücləndirilməsi və ixracın təşviqi.

5. Dövlət Proqramının maliyyələşmə mənbələri

Dövlət Proqramı üzrə tədbirlərin icrasının aşağıdakı mənbələr hesabına maliyyələşdirilməsi nəzərdə tutulur:

– dövlət büdcəsi;

– büdcədənkənar fondlar;

Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu, “Azərbaycan İnvestisiya Şirkəti” ASC, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin vəsaiti;

– yerli və xarici investisiyalar;

– qanunla qadağan olunmayan digər mənbələr.

6. Dövlət Proqramının icrasından gözlənilən nəticələr

Dövlət Proqramının həyata keçirilməsi Azərbaycanda tütünçülük ənənələrinin bərpa olunmasına, tütün emalı müəssisələrinin xammala olan tələbatının daxili istehsal hesabına ödənilməsinə, bölgələrin aqrar-sənaye potensialının artırılmasına, xüsusilə regionlarda yaşayan əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına, tütün və tütün məmulatı üzrə idxaldan asılılığın azaldılmasına, tütün və tütün məmulatı məhsullarının ixracının və tütünçülüklə bağlı digər sahələrin inkişafına mühüm töhfə verəcəkdir.

7. Dövlət Proqramının həyata keçirilməsi üzrə

Tədbirlər Planı

Sıra №-si

Tədbirin adı

İcra

müddəti

İcraçılar

7.1. Tütünçülüyün inkişaf etdirilməsi üzrə institusional tədbirlər

7.1.1.

Tütün istehsalçıları ictimai birliyinin yaradılması

2017-2018

Kənd Təsərrüfatı Nazirliyi,

İqtisadiyyat Nazirliyi,

Ədliyyə Nazirliyi

7.1.2.

Tütünçülük sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi

2017-2021

Kənd Təsərrüfatı Nazirliyi,

İqtisadiyyat Nazirliyi,

Ədliyyə Nazirliyi

7.1.3.

Tütünçülük sahəsində milli standartların yaradılması

2017-2020

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi,

Kənd Təsərrüfatı Nazirliyi

7.1.4.

Tütün əkini sahələrinin genişləndirilməsi məqsədilə  müvafiq infrastruktura malik, su mənbəyi və suvarma şəbəkəsi olan əlverişli torpaqların müəyyən edilməsi və torpaq analizlərinin aparılması istiqamətində tədbirlərin görülməsi

2017-2018

Kənd Təsərrüfatı Nazirliyi,

Əmlak Məsələləri Dövlət Komitəsi,

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC,  Azərbaycan Milli Elmlər Akademiyası, yerli icra hakimiyyəti orqanları, əlaqədar şirkətlər

7.1.5.

Tütün sortlarının reyestrinin yaradılması və mövcud məlumat bankının təkmilləşdirilməsi

2017-2021

Kənd Təsərrüfatı Nazirliyi,

yerli icra hakimiyyəti orqanları,

bələdiyyələr

7.1.6.

Tütün tədarükü, emalı və satışı sahələri üzrə müəssisələrin yaradılmasının təşviqi

2017-2020

İqtisadiyyat Nazirliyi,

Kənd Təsərrüfatı Nazirliyi

7.1.7.

Tütünçülük sahəsində mütərəqqi sığorta mexanizmlərinin tətbiqi

2017-2020

Maliyyə Nazirliyi,

Kənd Təsərrüfatı Nazirliyi,

İqtisadiyyat Nazirliyi,

Maliyyə Bazarlarına Nəzarət Palatası

7.2. Tütünçülük sahəsində elmi təminatın və kadr potensialının gücləndirilməsi

7.2.1.

Tütünçülüklə məşğul olan müvafiq elmi-tədqiqat müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi

2017-2020

Kənd Təsərrüfatı Nazirliyi,

İqtisadiyyat Nazirliyi,

Maliyyə Nazirliyi

7.2.2.

Tütün istehsalı və emalı sahəsində kadrların hazırlanması məqsədilə peşə, orta ixtisas və ali təhsil müəssisələri şəbəkəsinin yaradılması, ixtisas təsnifatının yeni tələblərə uyğun təkmilləşdirilməsi və dövlət sifarişi əsasında qəbul planının artırılması

2017-2021

Təhsil Nazirliyi,

Kənd Təsərrüfatı Nazirliyi

7.2.3.

Elmi-tədqiqat institutları ilə məhsul istehsalçıları arasında əməkdaşlığın gücləndirilməsi

2017-2021

Kənd Təsərrüfatı Nazirliyi,

Azərbaycan Milli Elmlər Akademiyası,

əlaqədar şirkətlər, fermerlər

7.2.4.

Tütünçülük sahəsi üzrə informasiya yönümlü vəsaitlərin (kitablar, metodiki tövsiyələr, broşürlər) nəşr olunması və fermerlərə çatdırılmasının təmin edilməsi

2017-2020

Kənd Təsərrüfatı Nazirliyi,

Azərbaycan Milli Elmlər Akademiyası,

yerli icra hakimiyyəti orqanları, bələdiyyələr

7.2.5.

Yüksək reproduksiyalı tütün toxumlarının istehsalının təşkili, tütünün seleksiyasına dair tədqiqat işlərinin gücləndirilməsi, yeni sortların öyrənilməsi və tətbiqi

2017-2021

Kənd Təsərrüfatı Nazirliyi,

Azərbaycan Milli Elmlər Akademiyası

7.3. Tütünçülüyün infrastruktur təminatının yaxşılaşdırılması

7.3.1.

Tütün məhsullarının keyfiyyətinə nəzarət məqsədilə laboratoriyaların yaradılması

2017-2020

Kənd Təsərrüfatı Nazirliyi,

İqtisadiyyat Nazirliyi,

Maliyyə Nazirliyi

7.3.2.

Əkin dövriyyəsinə cəlb ediləcək sahələrin su təminatının yaxşılaşdırılması üçün kiçik və orta həcmli sututarların yaradılması, torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması

2017-2020

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC,  Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi,

Ekologiya və Təbii Sərvətlər Nazirliyi,

Fövqəladə Hallar Nazirliyi

7.3.3.

Müasir suvarma sistemlərindən istifadənin təşviqi

2017-2020

Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC

7.3.4.

Tütün sahələrinin və emal müəssisələrinin elektrik, qaz, su ilə təchizatı və digər infrastruktur sistemlərinə qoşulmasının təmin edilməsi

2017-2019

“Azərişıq” ASC, “Azərsu” ASC, Dövlət Neft Şirkəti, yerli icra hakimiyyəti orqanları,

bələdiyyələr

 

7.4. Tütünçülük sahəsində dövlət dəstəyi tədbirləri

7.4.1.

Dövlət büdcəsinin vəsaiti hesabına subsidiyaların verilməsinin davam etdirilməsi

2017-2021

Kənd Təsərrüfatı Nazirliyi, Maliyyə Nazirliyi

7.4.2.

Tütün istehsalçılarına güzəştli kreditlərin verilməsi

2017-2021

İqtisadiyyat Nazirliyi,

Kənd Təsərrüfatı Nazirliyi

7.4.3.

Daxili bazarın qorunması üzrə təkliflərin hazırlanması

 

2017-2018

Kənd Təsərrüfatı Nazirliyi,
İqtisadiyyat Nazirliyi

7.4.4.

Tütün istehsalı və emalı layihələrində, müvafiq əsaslandırma sənədləri nəzərə alınmaqla, “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin üstün iştirak payına malik olmadan iştirakı məsələsinə baxılması

2017-2021

İqtisadiyyat Nazirliyi,

“Azərbaycan İnvestisiya Şirkəti” ASC

7.4.5.

İstehsal olunmuş tütün məhsullarının tədarükü, saxlanılması və emalının, həmçinin Balakən, Masallı, Tovuz, Qəbələ, İsmayıllı və Oğuz rayonlarda tütün qurutma məntəqələrinin yaradılmasının dəstəklənməsi

2017-2021

İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Maliyyə Nazirliyi

7.4.6.

Tütünçülük sahəsində fəaliyyət göstərən fermerlərə ödənişsiz məsləhət xidmətlərinin təşkili, informasiya-kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadə edilməsi

2017-2021

Kənd Təsərrüfatı Nazirliyi,

Azərbaycan Milli Elmlər Akademiyası,

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

7.4.7.

Sahibkarlıq subyektlərinə lizinq yolu ilə texnika və avadanlığın verilməsinin dəstəklənməsi

2017-2021

Kənd Təsərrüfatı Nazirliyi,

Maliyyə Nazirliyi

7.4.8.

Tütün şitillərinin yetişdirilməsi məqsədilə müasir istixanaların yaradılmasının dəstəklənməsi

2017-2020

İqtisadiyyat Nazirliyi,

Kənd Təsərrüfatı Nazirliyi,

Maliyyə Nazirliyi,

yerli icra hakimiyyəti orqanları,

bələdiyyələr

7.4.9.

Tütün istehsalçılarının keyfiyyətli gübrə və bitki mühafizə vasitələri ilə təminatının yaxşılaşdırılması

2017-2021

Kənd Təsərrüfatı Nazirliyi,

Maliyyə Nazirliyi

7.4.10.

Tütün emalı müəssisələrinin yenidən qurulması və yenilərinin yaradılmasının dəstəklənməsi

2017-2021

İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Maliyyə Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanları, bələdiyyələr

7.4.11.

Tütün məmulatı istehsalı zavodunun yaradılmasının dəstəklənməsi

2017-2020

İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, yerli icra hakimiyyəti orqanları, bələdiyyələr

7.4.12.

Tütünçülük təsərrüfatları ilə tədarük və emal müəssisələri, həmçinin istehlakçı birlikləri arasında kooperasiyanın dəstəklənməsi

2017-2021

Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi

7.4.13.

İqtisadi baxımdan əsaslandırılmış səmərəli layihələrə xüsusi güzəştli kreditlərin verilməsi

2017-2020

İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi

7.4.14.

Tütün istehsalı və emalı sahələrinə yerli və xarici investisiyaların cəlb edilməsi istiqamətində tədbirlərin görülməsi

2017-2021

İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi,  əlaqədar şirkətlər

7.5. Tütünçülükdə marketinq fəaliyyətinin gücləndirilməsi və ixracın təşviqi

7.5.1.

Tütün məhsulları istehsalçılarının yerli və beynəlxalq bazarlarda marketinq fəaliyyətinin dəstəklənməsi, tütün məhsullarının ixracının təşviqi

2017-2021

İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi

7.5.2.

Xarici ölkələrdə milli brendlərin təşviqi

2017-2021

İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Xarici İşlər Nazirliyi

7.5.3.

Qabaqcıl tütün istehsalçılarının nailiyyətlərinin təşviqi

2017-2021

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Nazirlər Kabineti, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, yerli icra hakimiyyəti orqanları, bələdiyyələr

7.5.4.

Tütün əkilən rayonlarda aidiyyəti qurumların, şirkətlərin və fermerlərin iştirakı ilə müşavirələrin təşkili

2017-2021

Kənd Təsərrüfatı Nazirliyi, yerli icra hakimiyyəti orqanları, əlaqədar şirkətlər

7.5.5.

Tütün məhsullarının istehsalı, emalı və ixracı ilə məşğul olan yerli şirkətlər barədə məlumatların Azərbaycanda istehsal olunan malların vahid məlumat bazası üzrə portalda yerləşdirilməsi

2017-2020

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında