Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 7  may tarixli 160 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Bilik  Fondunun  Nizamnaməsi”nin 5.4-cü bəndinə uyğun olaraq qərara alıram:
1. Aşağıdakı şəxslər Azərbaycan Respublikasının Prezidenti ­yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü təyin edilsinlər:
Həsənov Əli Məhəmmədəli oğlu - Azərbaycan Respublikası Prezidentinin  İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə  müdiri
Bayramov Ceyhun Əziz oğlu - Azərbaycan Respublikasının  təhsil naziri
Qarayev Əbülfəs Mürsəl oğlu - Azərbaycan Respublikasının  mədəniyyət naziri
Rəhimov Azad Arif oğlu - Azərbaycan Respublikasının gənclər və idman naziri
Hüseynova Hicran Kamran qızı - Azərbaycan Respublikasının  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
Qurbanlı Mübariz Qəhrəman oğlu - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri
Amaşov Əflatun Əhməd oğlu - Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı.
2. “Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin  2014-cü il 18 iyul tarixli 651 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 7, maddə 878) ləğv edilsin.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 iyul 2018-ci il

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında