İsa Muğannanın 90 illik yubileyinin keçirilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2018-ci ilin iyun ayında Azərbaycan ədəbiyyatının parlaq simalarından biri, görkəmli nasir və ssenarist, Xalq yazıçısı İsa Muğannanın (İsa Mustafa oğlu Hüseynovun) anadan olmasının 90 illiyi tamam olur. 
Müasir Azərbaycan nəsrinin əsaslı surətdə yeni mərhələyə qədəm qoymasının fəal iştirakçısı İsa Muğanna mədəni-mənəvi dəyərlərin qorunması naminə altmış ildən artıq müddət ərzində ədəbi prosesə istiqamət verən rəngarəng mövzulu əsərlər yaratmış və xalqın çoxəsrlik bədii-mədəni fikir xəzinəsini daha da zənginləşdirmişdir. Ədibin yaradıcılığı bütövlükdə ana dilinə həssas yanaşmanın və onun poetik imkanlarından yüksək sənətkarlıqla bəhrələnmənin qiymətli nümunəsidir. İsa Muğanna tarixi gerçəkliklərin obrazlı təcəssümünə çevrilmiş və Azərbaycan kinematoqrafiyasının qızıl fonduna daxil olmuş bir çox filmin ssenari müəllifi kimi də tanınırdı.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan ədəbiyyatının və kino sənətinin inkişafında təqdirəlayiq xidmətlər göstərmiş görkəmli yazıçı İsa Muğannanın 90 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Xalq yazıçısı İsa Muğannanın 90 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 may 2018-ci il
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında