Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərini, keçmiş dövlət və hökumət başçılarını, Mərkəzin İdarə Heyətinin üzvlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 14-də VI Qlobal Bakı Forumunun işində iştirak edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri xanım Vayra Vike-Freyberqanı və İsmail Serageldini, keçmiş dövlət və hökumət başçılarını, Mərkəzin İdarə Heyətinin üzvlərini qəbul edib. 

VI Qlobal Bakı Forumunun önəmini vurğulayan dövlətimizin başçısı bu tədbirin mütəmadi olaraq keçirilməsindən, getdikcə daha çox iştirakçını özünə cəlb etməsindən və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin potensialının və beynəlxalq səviyyədə nüfuzunun artmasından məmnunluğunu ifadə etdi. Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri xanım Vayra Vike-Freyberqanın və İsmail Serageldinin, o cümlədən İdarə Heyəti üzvlərinin bütün bu işlərə verdiyi töhfəni yüksək qiymətləndirdi və mərkəzin İdarə Heyətinin üzvlərinin fəal iş aparmaları nəticəsində bu təşkilatın fəaliyyətinin gündəliyinin genişləndiyini bildirdi.

Xoş sözlərə və mərkəzin işinə verilən dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirən
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin Qlobal Bakı Forumunun böyük önəm daşıdığını və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin beynəlxalq səviyyədə nüfuzunun artdığını məmnunluqla vurğuladı. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Çində, ABŞ-da və dünyanın bir sıra ölkələrində tədbirlər keçirdiyini deyən qonaq bunu mərkəzin fəaliyyət coğrafiyasının genişlənməsinin və dünyada bu quruma olan marağın göstəricisi kimi dəyərləndirdi.

Görüş iştirakçıları Azərbaycanın beynəlxalq rolunun artdığını, ölkəmizin sabitliyə və təhlükəsizliyə töhfə verdiyini qeyd edərək bildirdilər ki, Qlobal Bakı Forumunun fəaliyyəti dünyada gedən proseslərə müsbət təsir göstərir və artıq beynəlxalq tədbirə çevrilib.

Söhbət zamanı bu tədbirin müxtəlif tərəflər arasında fikir mübadiləsinin və müzakirələrin aparılması üçün yaxşı imkan yaratdığı vurğulandı.  

Sonda xatirə şəkli çəkdirildi.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında