Azərbaycan Prezidenti İlham Əliyevin və İsveçrə Prezidenti Alain Bersetin görüşü olub

Yanvarın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda İsveçrə Konfederasiyasının Prezidenti Alain Berset ilə görüşü olub.

görüşdə Azərbaycan ilə İsveçrə arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, enerji və mədəniyyət sahələrində uğurlu inkişafından məmnunluq ifadə olundu. İsveçrə Prezidenti ölkəsinin Azərbaycana mühüm tərəfdaş kimi yanaşdığını dedi.

Söhbət zamanı Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən qlobal enerji və nəqliyyat layihələrindən danışıldı. Ölkəmizin artıq mühüm nəqliyyat qovşağına çevrildiyi bildirildi, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolu vurğulandı. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində görülən işlərdən, ölkəmizdə qeyri-neft sektorunun inkişafı, həmçinin qarşılıqlı investisiya qoyuluşu, SOCAR şirkətinin İsveçrədəki uğurlu fəaliyyətindən danışıldı.

Görüşdə ölkələrimiz arasında ticarətin həcminin artırılmasının zəruriliyi qeyd olundu, əməkdaşlığın yeni sahələrinin müəyyənləşdirilməsinin vacibliyi vurğulandı. 

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında