Prezident İlham Əliyev Amerika Yəhudi Təşkilatları Prezidentləri Konfransının icraçı direktorunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ­dekabrın 20-də Amerika Yəhudi Təşkilatları Prezidentlərinin Konfransının ­icraçı direktoru Malkolm Honlaynı qəbul edib.

Malkolm Honlayn Prezident ­İlham Əliyevlə bundan əvvəl keçirdikləri görüşləri məmnunluqla xatırladı. Qonaq Bakıya hər dəfə gəldikdə burada gördüyü dəyişikliklərin və inkişafın onda dərin təəssürat yaratdığını qeyd etdi. O, Bakıda keçiriləcək “2017-İslam Həmrəyliyi ili: dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransda iştirakından məmnunluğunu ifadə etdi.

Prezident İlham Əliyev Bakıda keçiriləcək “2017-İslam Həmrəyliyi ili: dinlər və mədəniyyətlərarası dialoq” beynəlxalq konfransının əhəmiyyətini qeyd edərək, Amerika Yəhudi Təşkilatları Prezidentlərinin Konfransının icraçı direktoru Malkolm Honlaynın bu tədbirdə iştirakının önəmini vurğuladı, konfransın dinlər və xalqlar arasında əlaqələrin möhkəmləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə etdi.

Söhbət zamanı Azərbaycanda bütün xalqların və dinlərin nümayəndələrinin, o cümlədən yəhudi icmasının sülh və firavanlıq şəraitində yaşaması üçün hər cür şəraitin yaradıldığı, ölkəmizdə bərqərar olan multikulturalizm mühitinin bir nümunə olduğu qeyd edildi, Bakının artıq beynəlxalq miqyaslı mötəbər tədbirlərin keçirildiyi bir məkana çevrildiyi vurğulandı.

Görüşdə, eyni zamanda, Azərbaycan-ABŞ münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında