Prezident İlham Əliyev İranın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 19-da İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı ölkələrimiz arasında əməkdaşlığın səviyyəsindən məmnunluğunu bildirdi, birgə layihələrin həyata keçirilməsi ilə bağlı yaxşı nəticələrin əldə olunduğunu dedi. İstanbulda İran Prezidenti Həsən Ruhani ilə qısa söhbətini xatırladan Prezident İlham Əliyev söhbət zamanı ikitərəfli münasibətlərimizin uğurlu inkişafı ilə bağlı fikir mübadiləsi apardıqlarını qeyd etdi. İran xarici işlər nazirinin Azərbaycana bir ayda ikinci dəfə səfər etməsinin əlaqələrimizin yüksək səviyyəsinin göstəricisi olduğunu deyən dövlətimizin başçısı bu səfərin ikitərəfli münasibətlərimizin gündəliyi ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını bildirdi.

Azərbaycan-Türkiyə-İran xarici işlər nazirlərinin üçtərəfli görüşünə toxunan Prezident İlham Əliyev bu görüşlərin artıq mütəmadi xarakter almasının önəmini qeyd etdi, qardaş qonşu dövlətlərin nazirləri arasında keçirilən bu görüşü yaxşı bir təşəbbüs kimi dəyərləndirdi.

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif Prezident Həsən Ruhaninin salamlarını dövlətimizin başçısına çatdırdı.

İranın xarici işlər naziri ölkəmizə son ayda ikinci dəfə səfər etməsinin və Azərbaycan Prezidenti ilə görüşünün ikitərəfli münasibətlərimizin inkişafı baxımından önəmini vurğuladı. O, Həsən Ruhaninin prezidentliyi dövründə əlaqələrimizin çox yüksək səviyyəyə qalxmasından İran tərəfinin böyük məmnunluq hissi keçirdiyini bildirdi.

Bakıda keçirilən Azərbaycan-Türkiyə-İran xarici işlər nazirlərinin üçtərəfli görüşünə toxunan Məhəmməd Cavad Zərif bu formatda görüşlərin əhəmiyyətini vurğuladı və gələcəkdə də davam etdiriləcəyinə əminliyini ifadə etdi.

Söhbət zamanı ölkələrimiz arasında bank, enerji, nəqliyyat, ticarət, sərmayə qoyuluşu sahələrində əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş etdi.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında