Prezident İlham Əliyev CISCO şirkətinin nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın ­ 29-da CISCO şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidenti Qay Didrixin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Qay Didrix təmsil etdiyi şirkətin ölkəmizlə uğurlu əməkdaşlıq həyata keçirdiyini və Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə səmərəli əməkdaşlıq etdiyini dedi.
Prezident İlham Əliyevlə əvvəlki görüşlərini məmnunluqla xatırlayan qonaq həmin görüşlərdən sonra çox yaxşı nəticələrin əldə olunduğunu bildirdi. Azərbaycanla bağlı bir sıra mühüm layihələr üzərində işlədiklərini deyən Qay Didrix CISCO şirkətinin ölkəmizlə əməkdaşlığa böyük önəm verdiyini və Azərbaycanda işlərin qısa zaman ərzində səmərəli şəkildə icrası üçün hər cür imkanların olduğunu vurğuladı.

Prezident İlham Əliyev CISCO şirkəti ilə Azərbaycanın uğurlu əməkdaşlıq etdiyini bildirdi. Dövlətimizin başçısı, öz növbəsində, şirkətin rəhbərliyi ilə keçirdiyi görüşləri məmnunluqla xatırladı və həmin görüşlərdən keçən dövr ərzində əlaqələrimizin inkişafı üçün yaxşı əsasların yarandığını qeyd etdi, bu əməkdaşlığın bundan sonra da genişləndiriləcəyinə ümidvar olduğunu bildirdi.

İnformasiya texnologiyaları sahəsinin Azərbaycan üçün prioritet sahələrdən biri olduğunu deyən Prezident İlham Əliyev ölkəmizdə bu istiqamətdə həyata keçirilən genişmiqyaslı işlərin Azərbaycan iqtisadiyyatının sürətli inkişafı baxımından əhəmiyyətini qeyd etdi.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında