Prezident İlham Əliyev “Yeni Gəncə” yarımstansiyasının açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Gəncəyə səfəri çərçivəsində 2x40 meqavat-amper (mVA) gücündə 110/35/10 kilovoltluq (kV) “Yeni Gəncə” yarımstansiyasının açılışında iştirak edib.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev görülən işlərlə bağlı dövlətimizin başçısına ətraflı məlumat verdi. Bildirildi ki, yarımstansiyanın ümumi sahəsi 11 min kvadratmetr təşkil edir. Burada 110, 35 və 10 kV-luq qapalı paylayıcı qurğular, elektrik avadanlıqları, elektron tipli rele mühafizəsi və avtomatikası, texniki online nəzarət dolabları, açılma və qoşulmaların avtomatik idarəetmə sistemi quraşdırılıb. Yarımstansiya binasının zirzəmisində 35 və 10 kV-luq kabel kanallarının estakadası və rəfləri yerləşdirilib. Bununla yanaşı, yarımstansiyanı qidalandıran 110 kV-luq I və II “Yeni Gəncə” hava xətlərinin 24 kilometrlik hissəsi yenidən qurulub. Gəncə şəhərinin mərkəzi hissəsinin 30 faizdən çoxunun elektrik enerjisi ilə təminatında 110/35/10 kV-luq “Yeni Gəncə” yarımstansiyası mühüm əhəmiyyətə malikdir. Eyni zamanda, “Yeni Gəncə” yarım-stansiyasından çıxan 10 kV-luq “Yeni Gəncə” və 10 kV-luq IV “Yeni Gəncə” hava xətlərindən 30 min abonent elektrik enerjisi ilə təchiz olunur.

Bununla yanaşı, hazırda inşa olunan 35/10 kV-luq “Məhsəti” yarımstansiyasını qidalandırmaq üçün “Yeni Gəncə” yarımstansiyasından 3,1 kilometr uzunluğunda 35 kV-luq I və II “Məhsəti” kabel, həmçinin 35/10/6 kV-luq “Sənaye Rabitə” yarımstansiyasının qidalandırılması üçün 35 kV-luq I və II “Sənaye-Rabitə” elektrik verilişi xətləri çəkilib. “Yeni Gəncə” yarımstansiyasının hazırda inşa olunan yarımstansiyalarla əlaqələndirilməsi nəticəsində Gəncə şəhərində ilk dəfə olaraq 110 və 35 kV-luq dairəvi elektrik təchizat sxemi yaradılacaq.

Dövlətimizin başçısı yarımstansiyanı işə saldı.

Ümumilikdə son 2 ildə 89 min abonenti olan Gəncə Elektrik Şəbəkəsinin xidməti ərazisində elektrik təchizatının yaxşılaşdırılması, elektrik enerjisi verilişində yaranan fasilələrin qarşısının alınması məqsədi ilə 35 kV-luq “Nizami” yarımstansiyası inşa olunub, şəhər ərazisində yüksək gərginlikli 110/35 kV-luq hava xəttinin əvəzinə 3,1 kilometr, aşağı gərginlikli 10/6 kv-luq hava xəttinin əvəzinə isə 75,5 kilometr yeraltı kabel və Gəncə şəhərində 4 kilometr 110 kV-luq,  2 kilometr 35 kV-luq, 20,2 kilometr 10/6 kV-luq hava xətləri çəkilib, 305 kilometrdən çox magistral, 92 kilometrə yaxın abonent xətti özünüdaşıyan izolyasiyalı naqillərlə əvəz edilib. Şəhərdə 75 yeni komplekt transformator məntəqəsi, eyni zamanda, 4211 sayğac quraşdırılıb. Ən son texnologiyalara əsaslanan bu cür layihələr həm Gəncədə, həm də digər bölgələrdə yenidənqurma tədbirlərinin ardıcıl olaraq həyata keçirildiyini bir daha göstərir.

“Yeni Gəncə” yarımstansiyasının ətrafı abadlaşdırılıb və yaşıllıq zolaqları salınıb.

Stansiya ilə tanışlıqdan sonra xatirə şəkli çəkdirildi.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında