Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və görkəmli şərqşünas alim Aida İmanquliyevanın məzarlarını ziyarət etmişdir

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 10-da İkinci Fəxri xiyabana gələrək görkəmli şərqşünas alim Aida İmanquliyevanın doğum günü münasibətilə məzarını ziyarət edib, xatirəsini ehtiramla anıb. 

Mehriban Əliyeva Azərbaycanda şərqşünaslıq elminin inkişafında misilsiz xidmətləri olan alimin məzarı önünə gül dəstələri düzüb.

Sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Fəxri xiyabana gələrək müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın ümummilli
lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə güllər qoyub.

Daha sonra Mehriban Əliyeva görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsini anıb, məzarı üzərinə tər güllər düzüb.

Qeyd edək ki, müasir ərəb ədəbiyyatının ən ciddi tədqiqatçılarından biri olan Aida İmanquliyevanın adı tarixə ilk müsəlman qadın şərqşünas və ərəbşünas alim, ərəb mühacir ədəbiyyatının tədqiqatçısı, Azərbaycan ərəb ədəbiyyatşünaslığı məktəbinin yaradıcısı kimi düşüb. Uzun illər Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru işləmiş Aida xanım öz istedadı və əməksevərliyi sayəsində keçmiş Sovet İttifaqında müasir ərəb ədəbiyyatı üzrə dəyərli mütəxəssislərdən biri kimi tanınıb. Aida İmanquliyeva özündən sonra zəngin elmi irs qoyub, fundamental tədqiqatları ilə dünya şərqşünaslığını xeyli zənginləşdirib. Professor Aida İmanquliyeva çox az adama nəsib olan elmi istedadı, təşkilatçılıq qabiliyyəti və pedaqoji fəaliyyəti özündə birləşdirən alimlərdən biri olub.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında