Azərbaycanın qadın voleybolçuları Avropa çempionatında növbəti parlaq qələbə qazanıblar

Prezident İlham Əliyev milli komandamızın oyununa baxıb

Sentyabrın 24-də qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin növbəti qarşılaşmasında “A” qrupunda yer alan Azərbaycan milli komandası ikinci görüşünü keçirib.

Milli Gimnastika Arenasında keçirilən görüşdə Azərbaycan komandası Polşa yığması ilə qarşılaşıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli komandamızın oyununa baxıb.

Voleybolçu qızlarımız ilk setdə polşalı rəqiblərinə böyük üstünlüklə – 25:14 hesabı ilə qalib gəldilər. Azərbaycan milli komandası ikinci setin ortalarında əldə etdiyi üstünlüyü sona qədər qoruyaraq 25:21 hesabı ilə qələbə qazandı. Gərgin idman mübarizəsi şəraitində keçən üçüncü set də milli komandamızın qələbəsi ilə başa çatdı – 25:23. Beləliklə, Azərbaycan milli komandası Polşa voleybolçularını 3:0 hesabı ilə məğlub etdi.

Azərbaycan Prezidenti İlham Əliyev komandamızın qələbəsini alqışladı.

Bu qələbədən sonra Azərbaycan komandası xallarının sayını 6-ya çatdıraraq qrupda birinci yerə yüksəlib. Polşa yığması isə 5 xalla ikinci sırada qərarlaşıb. 

Xatırladaq ki, ilk oyunda komandamız Macarıstana 3:0 hesabı ilə qalib gəlib.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında