Prezident İlham Əliyev Neftçala rayonunda pambıq sahəsi ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Neftçala rayonu ərazisində fermer Əlihüseyn Hacıyevin pambıq sahəsi ilə tanış olub.

Azərbaycan Prezidenti İlham Əliyev fermer Əlihüseyn Hacıyevlə söhbət etdi.

Prezident İlham Əliyev: Xoş gördük, işləriniz necə gedir? Texnikanız da var.

Fermer Əlihüseyn Hacıyev: Çox sağ olun, cənab Prezident, Siz inqilabi dönüş etmisiniz. Sovet dövründə köhnə texnikalardan əzab-əziyyət çəkirdik. Bunlar hamısı təzə texnikadır. Gözəl şərait yaradılıb. Üç yüz hektar sahənin 150 hektarının məhsulunu maşınla yığacağıq, qalan 150 hektarın məhsulunu isə əllə toplayacağıq. Yüz nəfər işçimiz var. Bizim iş yerimiz pambıqçılıq olub. Siz bizi yenidən həyata qaytardınız. Kolxoz, sovxoz ləğv olunandan sonra işsiz qalmışdıq. 

Prezident İlham Əliyev: İki il bundan əvvəl nə ilə məşğul idiniz?

Əlihüseyn Hacıyev: Demək olar ki, heç nə ilə. Bir az taxıl, bir az yonca əkirdik. O da olmurdu. Çünki növbəli əkin sisteminə keçmişik. Mən ixtisasca aqronomam. Nəvəm də Lənkəran Dövlət Universitetində aqronomluq oxuyur. Gələcəyin aqronomudur. Allah Sizə cansağlığı versin.

Prezident İlham Əliyev: Çox sağ olun. Çox şadam ki, işlər yaxşı gedir.

Əlihüseyn Hacıyev: Cənab
Prezident, kolxoz dövründə ilin yekununda 13-cü maaş alırdıq. İndi Sizin verdiyiniz subsidiya ondan qat-qat yüksəkdir. Üç yüz hektarın hər birindən orta hesabla 20 sentner məhsul götürsək bu, 600 ton edir. Təkcə buna görə 60 min manat subsidiya ala bilərik. Bizim üçün bundan böyük nə ola bilər? Özüm də təqribən 200-300 min manat gəlir götürürəm. Bundan böyük heç nə ola bilməz. Allah Sizə cansağlığı versin. Bütün bu imkanları bizə Siz yaratmısınız. Bütün vergilərdən azadıq, su pulsuzdur, 40 faiz güzəştlə texnika almışam. Borcumuzu ödəyəndən sonra iki becərmə traktoru alacağam, qoy özümün olsun.

Prezident İlham Əliyev: Bu texnika bizdə istehsal olunur?

Əlihüseyn Hacıyev: Bəli, hamısı Gəncədə istehsal olunur. Cənab Prezident, gübrələrin hamısını güzəştlə alırıq, MMC ilə bağladığımız müqaviləyə əsasən bizə 70 faiz güzəştlə verilib.

Prezident İlham Əliyev: Bu, dünya standartlarına uyğun ən müasir, ən güclü texnikadır.

Əlihüseyn Hacıyev: Bəli. Cənab
Prezident, səkkiz gündür sahəni dərmanlamışıq. Qonşu sahədə məhsul yığırdı. Mən gedib onun yığımına baxdım, heyran qaldım. Maşınla birinci yığımda hektardan itkisiz 20-22 sentner məhsul əldə edilir. Bu, yüksək nailiyyətdir. Allah qoysa, hektardan ən azı 40 sentner pambıq verəcəyəm.

Prezident İlham Əliyev: Çox yaxşı. Bu, rekord olacaq.

Əlihüseyn Hacıyev: İnşallah, növbəti ildə min hektarda pambıq əkəcəyəm. Ulu öndər 1981-ci ildə Neftçala rayonunda kənd zəhmətkeşləri ilə görüşdə, – onda mən gənc idim, gənclər briqadasına başçılıq edirdim, – mənim adımı çəkmişdi. Allahdan bir arzum var ki, yüksək məhsul götürüm, Siz başqa rayonlarda məni nümunə göstərəsiniz.

Prezident İlham Əliyev: Yüksək məhsul götürsən mən səni təltif edəcəyəm.

Əlihüseyn Hacıyev: Çox sağ olun, minnətdaram, cənab Prezident. 

Prezident İlham Əliyev: İndi su məsələləri də həll olunur.

Əlihüseyn Hacıyev: Suyu 90 faiz güzəştlə alırıq. Hər hektara 50 qəpik pul veririk. Bu da o deməkdir ki, su pulsuzdur. Allah Sizi qorusun. Allah Sizi bizim başımızın üstündən əskik eləməsin, ailənizlə bir yerdə. Biz çox sabit, təhlükəsiz bir dövlətdə yaşayırıq. 

Prezident İlham Əliyev: Pambıq yetişib. Keyfiyyəti də yaxşıdır. 

Əlihüseyn Hacıyev: Cənab Prezident, biz o vaxt çiyidi 2-3 gün isladırdıq. Bu, Türkiyədən gətirilən çiyiddir. Əkilməyi ilə cücərməyi bir olur. Bu texnikaların bir əhəmiyyəti də odur ki, cənab Prezident, biz bir hektar da seyrəltmə etməmişik. Bu, bizim işimizi həddindən artıq yüngülləşdirir.

Sonra dövlətimizin başçısı pambıqçılarla görüşdü.

Prezident İlham Əliyev: Sizi də təbrik edirəm. Sizin üçün də yaxşı iş yeri yaradılıb. Biz pambıqçılığı bərpa etmişik. İndi pambıqçılıq geniş vüsət alıb. Hər şey dövlət tərəfindən təmin olunur, texnikalar, gübrələr, suvarma işləri, hər şey, hamısı da güzəştlədir.

Əlihüseyn Hacıyev: Hamısı güzəştlədir, cənab Prezident, hər gün axşamçağı yığdıqları məhsulun pulunu ödəyirəm.

Prezident İlham Əliyev: Hər gün tarla başında pulunuzu alıb gedirsiniz. 

Əlihüseyn Hacıyev:  Bəli, hər gün alırlar.

Prezident İlham Əliyev: Razısınız?

Pambıqçılar: Bəli, çox razıyıq.

Prezident İlham Əliyev: Çox yaxşı.

Pambıqçılar:  Çox sağ olun, cənab Prezident, biz Sizə minnətdarıq.

 

* * *

Sonda xatirə şəkli çəkdirildi.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında