Prezident İlham Əliyev Bakının Nərimanov rayonundakı 212 saylı məktəbdə yaradılan şəraitlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 7-də paytaxtın Nərimanov rayonunda əsaslı təmir edilən

212 saylı tam orta məktəbdə yaradılan şəraitlə tanış olub.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi.

Bildirildi ki, bu təhsil ocağının 51 sinif, 2 informatika, 3 laboratoriya otaqlarından, idman və akt zallarından, yeməkxanadan, həmçinin hərbi otaqdan ibarət 1320 şagird yerlik mövcud korpusu 1963-cü ildən fəaliyyət göstərir. Məktəbin binası Prezident İlham Əliyevin 2014-cü ildə imzaladığı sərəncamla təsdiq edilmiş Dövlət Proqramının Tədbirlər Planının icrası ilə əlaqədar olaraq yüksək səviyyədə əsaslı təmir edilib. Təhsil müəssisəsi internet sistemi və müasir tədris avadanlıqları ilə təchiz olunub. Burada şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün geniş imkanlar var.

Yeni məktəb binalarının inşası, mövcudlarının isə müasir səviyyədə yenidən qurulması son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə təhsil sahəsində aparılan islahatların tərkib hissəsidir. Bu layihələrin icrası nəticəsində təhsil müəssisələrində yüksək şəraitin yaradılması müəllimlərin tədrisin keyfiyyətini artırmalarına da imkan verir. Bunu 212 saylı məktəbin binasında əsaslı təmirdən sonra yaradılmış şərait də sübut edir.

Məktəbin həyətyanı ərazisi abadlaşdırılıb, yaşıllıq zolağı salınıb, işıqlandırma sistemi quraşdırılıb.

Təhsil müəssisəsində yaradılan şəraitlə tanış olan dövlətimizin başçısı kollektivə uğurlar arzuladı. 

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında