Prezident İlham Əliyev statistiklərin subregional seminarında və MDB Statistika Xidmətləri Rəhbərləri Şurasının iclasında iştirak edən yüksək səviyyəli rəsmi qonaqları qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 31-də Bakıda keçirilən yüksək səviyyəli rəsmi statistiklər üçün Dayanıqlı İnkişaf Məqsədləri üzrə məlumat və statistikaya dair subregional seminarın və Azərbaycanın sədrliyi ilə Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının 57-ci iclasında iştirak edən yüksək səviyyəli rəsmi qonaqları qəbul edib.

Prezident İlham Əliyev həm Asiya-Sakit okean regionunu, həm də MDB məkanını əhatə edən bu cür böyük beynəlxalq tədbirin ölkəmizdə keçirilməsindən məmnunluğunu ifadə etdi. Statistika xidmətlərinin çox mühüm məsələlərlə məşğul olduğunu deyən dövlətimizin başçısı qeyd etdi ki, düzgün statistik məlumatlar, vəziyyətin dolğun analizi olmadan müxtəlif sahələrdə, o cümlədən sosial-iqtisadi, demoqrafik və istənilən digər sahədə inkişafın və perspektivlərin dəqiq planlaşdırılmasına nail olmaq mümkün deyil. Prezident İlham Əliyev vurğuladı ki, ölkəmizdə statistik xidmətin inkişafına və bu xidmətin dünyanın ən inkişaf etmiş ölkələrinin xidmətləri səviyyəsinə qaldırılmasına böyük diqqət yetirilir. Eyni zamanda, siyasi və sosial-iqtisadi keçid dövrünü yaşayan ölkələrin də təcrübəsi bizim üçün maraqlıdır. Tədbirin işinə uğurlar arzulayan dövlətimizin başçısı iclas zamanı aparılan müzakirələr və fikir mübadilələrinin səmərəli olacağına, əməkdaşlığın möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə etdi.

BMT-nin Asiya və Sakit okean ölkələri üzrə Statistika İnstitutunun direktoru Aşiş Kumar iclasın Bakıda yüksək səviyyədə təşkilinə, həmçinin Azərbaycanda statistika işinə verdiyi daimi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. İclas çərçivəsində ilkin olaraq Dayanıqlı İnkişaf Məqsədləri və göstəricilərin müzakirəyə çıxarıldığını deyən Aşiş Kumar ölkələrin əldə etdiyi uğurlar ətrafında da fikir mübadiləsi aparıldığını qeyd etdi. BMT-nin Asiya və Sakit okean ölkələri üzrə Statistika İnstitutunun geniş məkanı əhatə etdiyini və buraya daxil olan ölkələrin zəngin beynəlxalq təcrübəyə malik olduğunu vurğulayan Aşiş Kumar rəhbərlik etdiyi təşkilatın ölkələrə bu sahədə lazımi kömək göstərməyə hər zaman hazır olduğunu bildirdi.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında