Prezident İlham Əliyev Niderland Krallığı Senatının sabiq sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Niderland Krallığı Senatının sabiq sədri, Azərbaycanın Niderlandlı Dostları Qrupunun rəhbəri Rene Van der Lindeni qəbul edib.

Rene Van der Linden Niderland Krallığı ilə Azərbaycan arasında həyata keçirilən birgə iqtisadi fəaliyyətin Azərbaycanın dünyada təqdim olunması işinə töhfə verdiyini vurğuladı və bunun Niderlandın yerləşdiyi regionda digər ölkələr üçün də səmərəli əməkdaşlığın bir nümunəsi ola biləcəyini dedi.

Prezident İlham Əliyev xoş sözlərə görə  minnətdarlığını bildirərək qeyd etdi ki, Rene Van der Lindenin əməkdaşlığımızın möhkəmləndirilməsi istiqamətində səyləri ikitərəfli münasibətlərimizin inkişafında mühüm rol oynayır. Azərbaycan-Niderland əlaqələrinin genişləndirilməsi üçün qarşılıqlı marağın olduğunu bildirən dövlətimizin başçısı ölkələrimiz arasında müxtəlif səviyyəli səfərlərin önəmini qeyd etdi.

Prezident İlham Əliyev Niderland Krallığının Azərbaycanın mühüm layihələrində daha çox şirkətinin  iştirakını məmnunluqla qeyd etdi. Dövlətimizin başçısı Niderland Krallığının Bakıda keçirilən Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində ənənəvi olaraq fəal iştirak etdiyini dedi, kənd təsərrüfatı sahəsində əməkdaşlığın yaxşı perspektivlərinin olduğunu bildirdi.

Dövlətimizin başçısı Azərbaycanın ixracat potensialının genişləndiyini vurğulayaraq son 4 ayda ölkəmizin qeyri-neft ixracının 22 faiz artdığını dedi.

Söhbət zamanı təhsil, turizm, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ətrafında fikir mübadiləsi aparıldı.

Niderland Krallığı Senatının sabiq sədri, Azərbaycanın Niderlandlı Dostları Qrupunun rəhbəri Rene Van der Linden xatirə hədiyyəsini dövlətimizin başçısına təqdim etdi.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında