Prezident İlham Əliyev Xudat-Yalama-Zuxuloba avtomobil yolunun açılışını edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 8-də Xaçmaz rayonunda Xudat-Yalama-Zuxuloba avtomobil yolunun ­açılışını edib.  

Dövlətimizin başçısı əvvəlcə yolun tikinti layihəsini əks etdirən stendə baxdı.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov Azərbaycan Prezidentinə yolun texniki göstəriciləri barədə məlumat verdi. Bildirildi ki, Xudat-Yalama-Zuxuloba avtomobil yolu uzun müddət təmir olunmadığına görə, xüsusən də ağır çəkili yük avtomobillərinin intensiv hərəkəti nəticəsində magistralın bir çox yerlərində qabarmalar və çökmələr yaranmışdı. Yolun əsaslı təmirinə bu ilin may ayında başlanılıb və avqustda başa çatdırılıb. 

Bildirildi ki, yolun uzunluğu 24 kilometrdir. Ümumilikdə 12 metr enində yeni yol yatağı tikilib. Tikintidən əvvəl eni 6 metr olan yolun hərəkət hissəsi 7 metrə qədər genişləndirilib.

Hər biri 3,5 metr enində olmaqla 2 hərəkət zolaqlı yolun hər iki istiqaməti üzrə 2,5 metr enində yeni çiyinlər tikilib. Hər bir layihənin reallaşdırılması zamanı yollarda piyadaların da təhlükəsiz hərəkəti diqqətdə saxlanılan əsas məsələlərdən biridir. ­Xudat-Yalama-Zuxuloba avtomobil yolunda da ümumi uzunluğu 4 min poqonmetrə yaxın 2 metr enində yeni piyada səkiləri tikilib. Yenidənqurma işləri çərçivəsində avtomobil yolunun alt hissəsindən suların ötürülməsi üçün nəzərdə tutulan mövcud boruların və keçidlərin hamısı bərpa olunub. Tikinti işləri zamanı yol boyu 165 min kvadratmetr sahəyə yeni asfalt-beton örtüyü döşənib. Yol boyu 920 təhlükəsizlik dirəyi və 154 müxtəlif yol nişanı və göstərici lövhələr quraşdırılıb.

Xudat-Yalama-Zuxuloba avtomobil yolu rayonun 28 min əhalisinin yaşadığı 18 yaşayış məntəqəsini birləşdirir.

Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Sonra Prezident İlham Əliyev yeni yolda avtomobili idarə etdi.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında