Azərbaycan Prezidenti İlham Əliyev Monteneqronun xarici işlər naziri Milan Roçenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 26-da Monteneqronun xarici işlər naziri Milan Roçenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Monteneqronun xarici işlər naziri Milan Roçe ölkəmizə səfərinin Azərbaycanda "Ümid" yatağının açılması ilə eyni vaxta təsadüf etməsindən məmnunluğunu bildirdi. O, bunu Azərbaycan Prezidentinin, azərbaycanlı alim və tədqiqatçıların böyük uğuru kimi qiymətləndirərək hadisə münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırdı. Milan Roçe bu hadisənin Avropada və bütün dünya miqyasında əhəmiyyətini qeyd etdi.
Ölkəsinin Azərbaycan ilə bütün sahələrdə əməkdaşlıq etməyə maraqlı olduğunu vurğulayan nazir bildirdi ki, səfərinin əsas məqsədi ikitərəfli münasibətləri inkişaf etdirməkdir.
Dövlətimizin başçısı xoş sözlərə görə Monteneqronun xarici işlər naziri Milan Roçeyə təşəkkürünü bildirdi. "Ümid" yatağında kəşfiyyat işlərinin uğurla başa çatmasına toxunan Prezident İlham Əliyev bu yataqda böyük qaz ehtiyatlarının olmasının əhəmiyyətini vurğuladı.
Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında