Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistanın Baş nazirinin müavini Xıdır Saparlıyevi qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 25-də Türkmənistanın Baş nazirinin müavini Xıdır Saparlıyevi qəbul etmişdir.
Baş nazirin müavini Xıdır Saparlıyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun salamlarını dövlətimizin başçısına çatdırdı. O, Türkmənistan Prezidentinin ölkələrimiz arasında münasibətlərin inkişafına böyük önəm verdiyini dedi, Hökumətlərarası Birgə Komissiyanın müəyyən edilmiş tapşırıqlar əsasında səmərəli və fəal işlədiyini vurğuladı. Qonaq Türkmənistan Prezidentinin komissiyanın daha məhsuldar işləməsi üçün əlavə tapşırıqlar verdiyini də bildirdi.
Dövlətimizin başçısı bu yaxınlarda Türkmənistan Prezidenti ilə Bakıda görüşdüyünü və səmərəli danışıqlar apardıqlarını xatırladı. Xəzəryanı ölkələrin dövlət başçılarının dənizdə qarşılıqlı fəaliyyət və ikitərəfli münasibətlər çərçivəsində keçirilən sammitini uğurlu tədbir kimi qiymətləndirən Prezident İlham Əliyev zirvə görüşündə yaxşı qərarlar qəbul olunduğunu qeyd etdi. Azərbaycan ilə Türkmənistan arasında münasibətlərin inkişafından razı qaldığını deyən dövlətimizin başçısı Türkmənistan Prezidenti ilə əlaqələrimizin inkişafına dair mühüm məsələləri müzakirə etdiklərini də diqqətə çatdırdı.
Dövlətimizin başçısı Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkmənistan dövlətinin başçısına çatdırmağı xahiş etdi.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında