Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın keçmiş xarici işlər naziri Hans-Ditrix Genşerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Almaniya Federativ Respublikasının keçmiş xarici işlər naziri, Almaniya hökumət koalisiyasına daxil olan Azad Demokrat Partiyasının fəxri sədri Hans-Ditrix Genşerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Almaniya Federativ Respublikasının keçmiş xarici işlər naziri Hans-Ditrix Genşer ölkəmizdə gedən böyük inkişaf prosesləri barədə məlumatlı olduğunu və səfər müddətində Azərbaycanda sürətli iqtisadi inkişafın şahidi olduğunu dedi və bu inkişafın onda dərin təəssürat yaratdığını qeyd etdi. Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinə toxunan qonaq bu sahədə əldə edilən uğurların əhəmiyyətini vurğuladı.
Dövlətimizin başçısı son illər Azərbaycanda gedən sürətli iqtisadi inkişaf proseslərindən danışdı. Azərbaycan iqtisadiyyatının ən sürətlə artan iqtisadiyyat olduğunu deyən Prezident İlham Əliyev ölkəmizdə həyata keçirilən genişmiqyaslı iqtisadi islahatların önəmini qeyd etdi.
Görüşdə Azərbaycan ilə Almaniya arasında ikitərəfli münasibətlər, energetika sahəsi və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
AzərTAc
{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında