Azərbaycan Prezidenti İlham Əliyev Avropa Stolüstü Tennis Birliyinin prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da Avropa Stolüstü Tennis Birliyinin prezidenti Ronald Krameri qəbul edib.

Görüşdə ölkəmizdə bütün idman növlərinin inkişafına dövlət səviyyəsində göstərilən diqqətdən danışıldı, paytaxtda və regionlarda müasir idman infrastrukturunun yaradılması istiqamətində həyata keçirilən ardıcıl işlərin önəmi vurğulandı. Azərbaycan Stolüstü Tennis Federasiyası və Avropa Stolüstü Tennis Birliyinin birgə təşkilatçılığı ilə ölkəmizdə stolüstü tennis üzrə Avropa “TOP-16” Kuboku uğrunda yarışların yüksək səviyyədə keçirildiyi bildirildi və bu cür tədbirlərin idman sahəsində beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olundu.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında