Prezident İlham Əliyevin “Swiss Re Global Partnership” şirkətinin sədri ilə görüşü

Xüsusi müxbirimiz xəbər verir ki, yanvarın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “Swiss Re Global Partnership” şirkətinin sədri Martin Parker ilə görüşüb.

Görüşdə Azərbaycan ilə “Swiss Re Global Partnership” şirkəti arasında əməkdaşlığın genişləndirilməsindən məmnunluq ifadə olundu.

Prezident İlham Əliyev ilə ötənilki görüşdən keçən dövr ərzində şirkətin Azərbaycanın bir sıra dövlət qurumları - Maliyyə, Fövqəladə Hallar, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirlikləri ilə görüşləri nəticəsində hazırlanmış, ölkəmizdə baş verə biləcək təbii fəlakətlərin qarşısının alınması ilə bağlı sığortanın təşkilinə dair Anlaşma Memorandumu ətrafında müzakirələr aparıldı.

Dövlətimizin başçısına bu istiqamətdə verdiyi dəstəyə görə təşəkkürünü bildirən Martin Parker bu sahədə işlərin davam etdiriləcəyinə əminliyini vurğuladı.

AzərTAc 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında