Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın keçmiş Baş naziri Enriko Lettanı qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 1-də İtaliyanın keçmiş Baş naziri, Tədqiqat və Qanunvericilik Agentliyinin baş katibi Enriko Lettanı qəbul edib.

Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya uğurlu səfərini maraqla izlədiyini deyən Enriko Letta ölkəmizin İtaliyada həyata keçirdiyi humanitar layihələrin əhəmiyyətini vurğuladı.

Dövlətimizin başçısı İtaliyaya səfərini və keçirdiyi görüşləri məmnunluqla xatırladı. Prezident İlham Əliyev səfər zamanı ölkələrimiz arasında qəbul olunan strateji tərəfdaşlıq haqqında birgə Bəyannamənin önəmini vurğuladı.

Görüşdə Bakıda keçiriləcək Beynəlxalq Humanitar Forumun əhəmiyyətindən danışıldı, ölkələrarası əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində forumun önəmi qeyd olundu, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında