“Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr” mövzusunda Beynəlxalq Konfransın iştirakçılarına

Hörmətli konfrans iştirakçıları!

Sizi Bakı şəhərində korrupsiyaya qarşı mübarizəyə həsr olunmuş konfransın açılışı münasibətilə səmimi qəlbdən salamlayıram.

Azərbaycan dinamik və dayanıqlı iqtisadi inkişafa nail olan müasir ölkədir. Həyata keçirilən siyasi, hüquqi və sosial siyasət nəticəsində Azərbaycanda demokratik və ədalətli cəmiyyət qurulmuş, şəffaf ictimai münasibətlər sistemi formalaşdırılmışdır. Dövlət idarəçiliyində səmərəliliyin təmin edilməsi, açıq hökumət prinsiplərinin tətbiqi, elektron xidmətlərin inkişafı, korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin başlıca istiqamətləridir. Azərbaycanda korrupsiyaya qarşı mübarizəni uğurla aparmaq üçün möhkəm siyasi iradə mövcuddur.

Ölkəmiz korrupsiyaya qarşı mübarizə sahəsində bütün beynəlxalq təşəbbüslərə  qoşulmaqla qanunvericilik bazasını tam müasirləşdirmiş və institusional islahatlar həyata keçirmişdir.

Təəssüflər olsun ki, korrupsiya bütün dünya, o cümlədən Avropa ölkələrində də aktual problemlərdən biri olaraq qalır. Ona görə də bu sahədə daim yeni təşəbbüslərin irəli sürülməsi zəruridir. Bununla bağlı Azərbaycanda tətbiq edilən dövlət xidmətlərinin göstərilməsində korrupsiyanı tam istisna edən və şəffaflığı təmin edən təcrübə digər ölkələr üçün də müsbət nümunə ola bilər.

Avropa Şurasına üzv ölkələrlə Azərbaycan arasında əlaqələr daim inkişaf edir, müxtəlif sahələrdə genişlənir. Mayın 14-dən Azərbaycan Respublikası Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edir. Ölkəmiz  sədr olduğu dövrdə korrupsiyaya qarşı mübarizəni prioritet  elan etmiş və üzv ölkələrin qarşılaşdığı problemlərlə ciddi şəkildə məşğul olmaq niyyətindədir.

Əminəm ki, korrupsiyaya qarşı mübarizədə milli və beynəlxalq səylərin gücləndirilməsinə xidmət edən bu konfrans fəaliyyətimizin daha səmərəli təşkilinə və əməkdaşlığımızın möhkəmlənməsinə töhfə verəcəkdir.

Sizi bir daha təbrik edir, konfransın işinə uğurlar arzulayıram!

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 iyun 2014-cü il

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında