Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Avropa Birliyi işləri üzrə nazirini qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Türkiyə Respublikasının Avropa Birliyi işləri üzrə naziri Mövlud Çavuşoğlunu qəbul etmişdir.

Nazir Mövlud Çavuşoğlu Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı. O, Prezident İlham Əliyevi Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyə başlaması münasibətilə təbrik etdi. Mövlud Çavuşoğlu Azərbaycan Prezidenti İlham Əliyevin Strasburqdakı nitqinin  ölkəsində böyük maraqla izlənildiyini dedi.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin uğurlu inkişafından məmnunluq ifadə olundu, ATƏT Parlament Assambleyasının Bakıda keçirilən 23-cü illik sessiyasının önəmi vurğulandı, ölkələrimizin beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığının bundan sonra da genişləndiriləcəyi əminliklə qeyd olundu.

Dövlətimizin başçısı İlham Əliyev Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyənin Baş nazirinə çatdırmağı xahiş etdi.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında