İlham Əliyev seçicilərin 84,59 faizinin səsini qazanmışdır

 

 

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov

prezident seçkilərinin ilkin nəticələrini açıqlamışdır

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov (MSK) oktyabrın 9-da keçirilmiş prezident seçkilərinin ilkin nəticələrini açıqlamışdır.

MSK sədri oktyabrın 10-da seçkilərin nəticələri ilə bağlı keçirdiyi mətbuat konfransında demişdir: “Səsvermə oktyabrın 9-da səhər saat 8:00-da başlanmış və saat 19:00-da başa çatmışdır. Artıq 125 seçki dairəsindəki 5492 məntəqədən 5466-nın protokolları MSK-ya daxil olmuşdur. Məcburi köçkünlərin məskunlaşdığı rayonları əhatə edən 26 məntəqədən isə protokollar hələ də MSK-ya daxil olmamışdır. Daxil olan protokolların nəticələrinə görə, yüksək seçici fəallığı ilə keçən seçkilərdə səsvermə hüququ olan 5 milyon 164 min 345 seçicinin 3 milyon 723 min 544-ü və yaxud 72,1 faizi iştirak etmişdir. Mütəşəkkilliklə keçən prosesi çox nüfuzlu qurumların müşahidəçiləri izləmişlər. Səsvermə günü MSK-ya heç bir şikayət daxil olmamışdır. Prezident seçkiləri yüksək səviyyədə keçirilmişdir”.

Səsvermənin ilkin nəticələrini açıqlayan MSK sədri demişdir ki, ilkin nəticələrə görə, prezidentliyə namizəd, hazırkı dövlət başçısı Əliyev İlham Heydər oğlu ölkə üzrə seçicilərin 84,59 faizinin səsini qazanmışdır.

Səsvermənin ilkin nəticələri aşağıdakı kimidir:

Əliyev İlham Heydər oğlu - lehinə 3 milyon 118 min 287 səs verilmiş və 84,59 faizlə birinci yerdədir.

Həsənli Cəmil Poladxan oğlu - lehinə 204 min 209 səs verilmiş və 5,54 faizlə ikinci yerdədir.

Ağazadə İqbal Fehruz oğlu - lehinə 87 min 842 səs verilmiş və 2,38 faizlə üçüncü yerdədir.

Həsənquliyev Qüdrət Müzəffər oğlu - lehinə 73 min 136 səs verilmiş və 1,98 faizlə dördüncü yerdədir.

Oruc Zahid Məhərrəm oğlu - lehinə 53 min 352 səs verilmiş və 1,45 faizlə beşinci yerdədir.

İsmayılov İlyas Abbas oğlu - lehinə 39 min 319 səs verilmiş və 1,07 faizlə altıncı yerdədir.

Əlizadə Araz Məmməd-Mübariz oğlu - lehinə 31 min 753 səs verilmiş və 0,86 faizlə yeddinci yerdədir.

Quliyev Fərəc İbrahim oğlu - lehinə 31 min 570 səs verilmiş və 0,86 faizlə səkkizinci yerdədir.

Hacıyev Hafiz Ələmdar oğlu - lehinə 24 min 254 səs verilmiş və 0,66 faizlə doqquzuncu yerdədir.

Məmmədov Sərdar Calal oğlu - lehinə 22 min 568 səs verilmiş və 0,61 faizlə onuncu yerdədir.

Beləliklə, Əliyev İlham Heydər oğlu çox böyük səs fərqi ilə növbəti beş ilə Azərbaycan Respublikasının Prezidenti seçilmək üçün liderlik edir.

MSK sədri seçkilərdəki qələbəsinə görə Prezident İlham Əliyevi təbrik etmişdir. Bildirmişdir ki, artıq digər namizədlər də parlaq qələbəsinə görə İlham Əliyevi təbrik etmişlər.

M.Pənahov demişdir ki, səslərin hesablanması davam edir. Səslər tam hesablandıqdan sonra Mərkəzi Seçki Komissiyası maksimum 10 gün müddətində öz protokollarını təsdiqlənmək üçün Konstitusiya  Məhkəməsinə təqdim edəcəkdir. Konstitusiya Məhkəməsi isə ən geci 4 iş günü ərzində protokollara münasibət bildirəcəkdir. 

MSK sədri seçkilərdəki mütəşəkkil iştirakına görə Azərbaycan xalqına, eyni zamanda, müşahidəçilərə və KİV nümayəndələrinə minnətdarlığını bildirmişdir.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında