“Qara dəniz – Xəzər dialoqu” ölkələrinin kəşfiyyat xidmətləri rəhbərlərinin Müşavirəsinin X iclasının iştirakçılarına

 

 

 

 Hörmətli iclas iştirakçıları!

“Qara dəniz – Xəzər dialoqu” ölkələrinin kəşfiyyat xidmətləri rəhbərlərinin Müşavirəsinin X iclasının keçirilməsi münasibətilə sizi təbrik edir və işinizdə uğurlar arzulayıram.

Dövlət orqanları sırasında xüsusi yer tutan kəşfiyyat xidmətləri milli maraqların qorunmasını təmin etməklə dövlətin sabit və davamlı inkişafı üçün şərait yaradır.

Son iyirmi ildə yeni müstəqil dövlətlərin yaranması beynəlxalq münasibətlərə öz mühüm təsirini göstərmişdir. “Qara Dəniz – Xəzər dialoqu” ölkələrinin region yaxınlığı, qarşılaşdığı problemlərin və çağırışların oxşarlığı bizim ümumi maraqlardan çıxış etməyimizi gündəmə gətirir. 

Terrorçuluq, separatizm, silah və narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri, qanunsuz miqrasiya kimi cinayətlər dövlətlərin sülh şəraitində yaşamasına ciddi təhlükə yaradır. Ona görə də xalqlarımızın ümumi rifahına və inkişafına nail olmaq, təhlükəsizliyi təmin etmək məqsədi ilə sosial-iqtisadi, siyasi tədbirlərlə yanaşı, transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin səmərəli şəkildə həyata keçirilməsi də zəruridir.

Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş ərazilərində narkotiklərin və silahların qanunsuz dövriyyəsi, habelə digər cinayətlərin vüsət alması bütövlükdə region üçün təhlükə doğurur. Bu baxımdan, transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə ölkələrimizin xüsusi xidmət orqanlarının fəaliyyətinin əlaqələndirilməsini şərtləndirir.

Əminəm ki, ölkələrimizin kəşfiyyat orqanları arasında əməkdaşlığın təşviqi və dərinləşdirilməsi qlobal və regional təhlükəsizliyə qarşı təhdidlərə, müasir dövrün çağırışlarına qarşı mübarizənin səmərəsini artıracaq, bu sahədə qarşılıqlı razılaşdırılmış siyasətin yürüdülməsinə imkan yaradacaqdır.

Sizi bir daha sülh, sabitlik, əmin-amanlıq və təhlükəsizlik naminə səylərimizi birləşdirməyə çağırıram.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12  sentyabr 2013-cü il

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında