Prezident İlham Əliyev Azərbaycanda prezident seçkilərinin müşahidəsi üzrə MDB-dən Müşahidə Missiyasının başçısı Leonid Slutskini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 9-da Azərbaycanda prezident seçkilərinin müşahidəsi üzrə MDB-dən Müşahidə Missiyasının başçısı, Rusiya Dövlət Dumasının MDB və Həmvətənlərin İşləri üzrə Komitəsinin rəhbəri

Leonid Slutskini qəbul etmişdir.

Cənab Leonid Slutski Azərbaycanda prezident seçkilərinə hazırlıqla bağlı başçılıq etdiyi missiyanın ölkəmizdəki fəaliyyəti barədə Prezident İlham Əliyevə məlumat verdi. O, respublikamızın ayrı-ayrı bölgələrinə səfərlər etdiklərini və seçkiyə hazırlıq işlərinin yüksək səviyyədə təşkil edildiyinin şahidi olduqlarını dedi. Azərbaycan Mərkəzi Seçki Komissiyasının bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirən Leonid Slutski hazırlıq işlərinin demokratik standartlara uyğun şəkildə aparıldığını vurğuladı. O, başçılıq etdiyi missiyanın yerli və digər beynəlxalq təşkilatlarla əlaqəli şəkildə fəaliyyət göstərməsinin önəmini qeyd etdi.

Dövlətimizin başçısı MDB Parlamentlərarası Assambleyasının Müşahidə Missiyasının prezident seçkilərində müşahidəçi kimi iştirakından məmnunluğunu ifadə etdi. Prezident İlham Əliyev MDB Müşahidə Missiyasının ötən dövrlərdə keçirilən seçkilərdə obyektiv və uğurla fəaliyyət göstərdiyini, seçkilərin nəticələri ilə əlaqədar Parlament Assambleyasında Azərbaycan xalqının iradəsi ilə bağlı verdikləri  ədalətli qiyməti yüksək dəyərləndirdi. Builki prezident seçkilərinə hazırlıq məsələlərinə toxunan Prezident İlham Əliyev müşahidəçi missiyaların seçkiyə hazırlıqla bağlı bütün proseslərdə yaxından iştirak etdiklərini və hazırlıq işlərinin beynəlxalq standartlara uyğun şəkildə aparıldığını dedi. Seçkinin hər bir ölkənin həyatında mühüm mərhələ olduğunu qeyd edən dövlətimizin başçısı qarşıdan gələn prezident seçkilərinin demokratik və şəffaf keçirilməsi üçün lazım olan bütün şəraitin yaradıldığını dedi və seçkilərin yüksək standartlara uyğun şəkildə keçiriləcəyinə ümidvar olduğunu bildirdi.  

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli əlaqələrin bütün istiqamətlərdə, o cümlədən parlamentlərarası əməkdaşlıq sahəsində uğurla inkişaf etdiyinin vurğulandığı görüşdə ölkələrimizin MDB Parlamentlərarası Assambleyasında fəal əməkdaşlığının önəmi qeyd olundu.

Görüşdə MDB Parlamentlərarası Assambleyası Şurasının baş katibi Aleksey Sergeyev də iştirak etmişdir.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında