Azərbaycan Prezidenti İlham Əliyev Ukraynanın xarici işlər naziri Konstantin Qrişenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Ukraynanın xarici işlər naziri Konstantin Qrişenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Konstantin Qrişenko Ukrayna Prezidentinin salamlarını dövlətimizin başçısına çatdırdı. O, Ukrayna Prezidentinin bu yaxınlarda Azərbaycan Prezidenti ilə keçirdiyi görüşü məmnunluqla xatırladığını bildirdi. Konstantin Qrişenko qeyd etdi ki, Ukrayna dövlətinin başçısı Azərbaycan ilə əlaqələrin inkişafına və ikitərəfli münasibətlərimizlə bağlı bütün məsələlərə böyük önəm verir və bu məsələləri daim diqqət mərkəzində saxlamağı tapşırır.
Dövlətimizin başçısı Azərbaycanın Ukrayna ilə münasibətlərə böyük əhəmiyyət verdiyini və bunun ölkəmiz üçün önəmli xarakter daşıdığını vurğuladı. Azərbaycan Prezidenti ölkələrimiz arasında əlaqələrin gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliyini bildirdi. Prezident İlham Əliyev ikitərəfli münasibətlərdə əldə olunan müsbət nəticələrin gələcək inkişaf üçün yaxşı əsas yaratdığını qeyd etdi, iqtisadi, sənaye, energetika və bütün digər sahələrdə əlaqələrimizin genişləndirilməsi üçün böyük potensialın olduğunu nəzərə çatdırdı. Hazırkı mərhələdə münasibətlərimizin daha effektiv və dinamik xarakter daşımasının vacib olduğunu bildirən Prezident İlham Əliyev Ukraynanın xarici işlər nazirinin ölkəmizə səfərinin bu baxımdan önəmini vurğuladı.
Dövlətimizin başçısı Ukrayna Prezidenti Viktor Yanukoviçin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Ukraynanın dövlət başçısına çatdırmağı xahiş etdi.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında