Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü

Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.
Onun dəvətini qəbul edib Gürcüstana işgüzar səfərə gəldiyinə görə dövlətimizin başçısına minnətdarlıq edən Mixeil Saakaşvili bildirdi ki, ölkələrimiz arasında qarşıya qoyulan məqsədlərə nail olunub və bu səfər bütün sahələrdə əlaqələrin inkişafına imkan verəcəkdir.
Prezident İlham Əliyev onu Gürcüstana dəvət etdiyinə görə Mixeil Saakaşviliyə təşəkkür etdi.
Dövlətimizin başçısı dedi ki, bu səfər bir çox məsələlərə dair fikir mübadiləsi aparmaq baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycan Prezidenti vurğuladı ki, səfər çərçivəsində aparılan danışıqlar gələcək əməkdaşlığın inkişafına təkan verəcək, ikitərəfli münasibətlərin və hökumətlərarası komissiyanın fəaliyyətinə töhfə olacaqdır.{nl}

AzərTAc

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında