Azərbaycan Prezidenti İlham Əliyev Portuqaliyanın xarici işlər naziri Luis Amadonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 15-də Portuqaliyanın xarici işlər naziri Luis Amadonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Portuqaliyanın xarici işlər nazirinin ölkəmizə səfəri zamanı ikitərəfli münasibətlərimizlə bağlı səmərəli müzakirələrin keçiriləcəyinə əminliyini ifadə edən dövlətimizin başçısı bu səfərin Azərbaycan-Portuqaliya əlaqələrinin gələcəkdə daha da inkişaf etdirilməsi baxımından önəmini vurğuladı. Prezident İlham Əliyev Luis Amadonun ölkəmizə səfərinin eyni zamanda, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının daha da genişləndirilməsinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirdi.
Luis Amado Portuqaliya Prezidentinin və Baş nazirinin salamlarını dövlətimizin başçısına çatdırdı. Qonaq qeyd etdi ki, Portuqaliya Azərbaycana ikitərəfli münasibətlərdə, həm də Avropa İttifaqı ilə əməkdaşlıq sahəsində yaxşı tərəfdaş ola bilər.
Dövlətimizin başçısı Portuqaliya Prezidentinin və Baş nazirinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Portuqaliya Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.
AzərTAc{nl}

 

{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında