Heydər Əliyev Fondunun təşəbbüsü ilə Fransada Azərbaycan dilində nəşrlər hazırlanacaqdır

{nl}

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Fransa Dövlət Şərq Dilləri və Mədəniyyətləri İnstitutunun (İNALCO) rektoru, professor Jak Löqran ilə görüşmüşdür.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva qonağın Azərbaycana bu səfərinin Fondla institut arasında əlaqələrə yeni impuls verəcəyinə və fəaliyyət sahəsini daha da genişləndirəcəyinə əminliyini ifadə etdi.
Mehriban xanım qeyd etdi ki, Avropanın bu nüfuzlu institutunda Azərbaycan dili fakültəsinin açılması iki ölkə arasında münasibətlərdə yeni bir səhifədir. Azərbaycan dilinin tədrisi fransalı gənclər üçün ölkəmizin mədəniyyətini, tarixini, ümumilikdə, Azərbaycan xalqını daha dərindən öyrənməyə imkan yaradır.
Heydər Əliyev Fondunun prezidenti fakültədə təhsilin keyfiyyətinin yüksəldilməsinin vacibliyini vurğuladı.
Rəhbərlik etdiyi ali təhsil ocağında Azərbaycan dilinin incəliklərinin tədrisinə marağın ildən-ilə artdığını söyləyən Jak Löqran bildirdi ki, bu amilin geniş vüsət alması üçün daha çox əmək sərf etmək lazımdır. Təhsil ocağı üzərinə düşən bu vəzifə ilə bağlı daha çox çalışacaqdır.
Görüşdə Fransada Azərbaycan dilində nəşrlərin hazırlanması üçün Heydər Əliyev Fondu ilə birgə işçi qrupun yaradılması ilə bağlı müzakirələr aparıldı.
AzərTAc

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında