Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Türkiyə Talassemiya Federasiyasının rəhbəri Duran Canatan ilə görüşmüşdür

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Türkiyə Talassemiya Federasiyasının və Ağ dəniz qan xəstəlikləri Fondunun rəhbəri Duran Canatan ilə görüşmüşdür.
Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun talassemiya xəstəliyi ilə bağlı eksperti təyin edilən Duran Canatanın xəstəliklə mübarizədə Fonda böyük dəstək göstərdiyini dedi.
Heydər Əliyev Fondunun talassemiyanın qarşısını almaq üçün həyata keçirdiyi proqramın artıq bir neçə ildir ki, icra olunduğunu qeyd edən Azərbaycanın birinci xanımı, bu sahədə görülən işlər, Bakıda Talassemiya Mərkəzi barədə danışdı. Fondun prezidenti dedi ki, problemin ciddiliyi nəzərə alınaraq doktor Duran Canatanın təcrübəsinə ehtiyac vardır.
Türkiyə Talassemiya Federasiyasının və Ağ dəniz qan xəstəlikləri Fondunun rəhbəri Heydər Əliyev Fondunun talassemiya ilə mübarizədə fəaliyyətinin önəmini vurğuladı.
Görüşdə talassemiyanın qarşısının alınması üçün preventiv tədbirlər - maarifləndirmə işlərinin aparılması, qan testlərinin keçirilməsi, xəstəliyin müalicəsi, sümük iliyinin köçürülməsi ilə bağlı məsələlər müzakirə edildi.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında