Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın ölkəmizdəki səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 12-də Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Jeno Boroşu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.
Dövlətimizin başçısı səfirin Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafına göstərdiyi səyləri yüksək qiymətləndirdi. Azərbaycan ilə Macarıstan arasında münasibətlərin inkişafının razılıq doğurduğunu vurğulayan Prezident İlham Əliyev bu əlaqələrin gələcəkdə daha da genişlənəcəyinə ümidvar olduğunu bildirdi.
Səfir Jeno Boroş Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkəmizin günbəgün sürətli inkişafının şahidi olduğunu dedi və əldə edilən bütün bu nailiyyətlərə görə dövlətimizin başçısını təbrik etdi. İki ölkə arasında əməkdaşlığa xidmət etməkdən məmnun olduğunu bildirən Jeno Boroş ölkəmizdəki fəaliyyəti dövründə Azərbaycan və macar xalqlarının bir-birinə oxşar cəhətlərini müşahidə etdiyini də vurğuladı.
Macarıstana səfərini xatırlayan dövlətimizin başçısı münasibətlərimizin yaxşı səviyyədə olduğunu vurğulayaraq Macarıstan ilə sıx tərəfdaşlıq əlaqələrinin bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə etdi.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında